Ötən gün saytımızda getmiş “Ramiz Zeynaolovun adamı əməkdaşlarına “divan” tutur “ yazısına çox keçmədi ki, həmin tağımın əməkdaşları tərəfindən cavab reaksiyası gəldi.
Yazıda sözügedən tağıma 2 ay olar ki, komandir təyin edilmiş leytenant Zaur Məmmədovun öz əməkdaşlarını, müxtəlif adda minik və ya yük avtomobillərini idarə edən sürücüləri incitməsindən, əsassız olaraq “haqq “ qoyulmasından söhbət gedirdi.
Redaksiyamıza müraciət edən BDYP idarəsinin 9-cu Tağımın əməkdaşları bildirirlər ki, “bizə yeni təyin olunan komandir polis leytenantı Zaur Məmmədov haqqında yazılanların heç bir əsası yoxdur. O, özünün çoxillik təcrübəsinə əsaslanaraq komandiri olduğu tağımda nizam- intizamı, qeyri-qanuni hərəkətlərə yol verməməyi, sürücülərlə etik davranışın yüksəkliyini tələb edir. Təbii ki, bu da bəzi vətəndaşlara xoş gəlmir, nəticədə süni narazılıq yaradırlar. Hansısa əməkdaş və ya sürücü deyə bilməz ki, komandir Zaur Məmmədov bizə qarşı nəyi isə düz eləmir. Ona görə ki, komandir Zaur Məmmədov tutduğu vəzifədə olduqca təcrübəli insandır”
Redaksiya olaraq, həmin tağımda çalışan yol polis əməkdaşları və magistral yolda hərəkət edən bir neçə nəfər sürücülərlə şifahi söhbətlər apardıq. Nəticədə, leytenant Zaur Məmmədov haqqında bizə daxil olan cavab reaksiyası ilə razılaşırıq və komandirə işində müvəffəqiyyətlər arzulayırıq.
İlham Hacalı
Bölməyə aid digər xəbərlər