11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
İctimai Nəzarət, yoxsa Rasim Məmmədovla Əhəd Abıyevin koalisiyası- İKT ilə FETÖ-nün işbirliyi…

Xeyli müddətdir  “İctimai Nəzarət Koalisiyası” adlı  bir təşkilat peyda olub. Sədri də  Rasim Məmmədov adlı birisidir. Olsun. 
Azərbaycan qanunlarına görə,  vətəndaşların könüllü birlik yaratmaq, birgə fəaliyyət göstərmək hüququ var. Amma...
Rasim Məmmədov ictimai fəaliyyətdən daha çox  manıslar kimi özünü reklam etməklə, şəkil çəkdirib paylaşmaqla, tanınmış şəxsləri öz təşkilatına üzv etməklə məşğuldur. 
Digər tərəfdən  qurumun daxilində Departamentlər yaradılıb. Təhsil departamenti, Səhiyyə, Mədəniyyət departamenti və s. 
Adama deyərlər, bu ictimai təşkilatdır, yoxsa dövlət qurumu ? 
Və Təhsil Departamentinin rəisi kim olsa yaxşıdır ? 
Bu yaxınlarda  məktəb direktoru vəzifəsindən qovulmuş Nailə Məmmədova, yəni sədr Rasim Məmmədovun bacısı. 
Bu xanım  qanunsuz əməllərinə görə, Təhsil naziri tərəfindən vəzifədən qovulubsa, bunu İKT-də Təhsil Departamentinə rəis təyin etmək nə deməkdir ? 
Bəlkə hökümətə meydan oxuyur, Rasim Məmmədov..? 
Bu  yeganə fakt olsaydı, bəlkə də dərinə getməzdik. 
İKT-nin Masallı rayon şöbəsinin müdiri kim olsa yaxşıdır ? 
Masallı  Rayon İcra Hakimiyyətinin 1-ci müavini Nadir  Abıyev vəzifəsindən çıxan kimi təşrif buyurub İKT-yə və olub qurumun rayon şöbəsinin müdiri. Söhbət Daşkəsən RİH-nin başçısı Əhəd Abıyevin qardaşı Nadir  Abıyevdən gedir. 
Deməli, vurulan, işdən qovulan bütün kadrlar, yəni hökumətdən narazı qalanlar  üzv olurlar Rasimin İKT-sinə. 
Görəsən, bu təsadüfdürmü ? Əlbəttə, yox. 
Hətta, sabiq 1-ci müavin Nadir Abıyev  İKT sədri  Rasim Məmmədovu rayonda qarşılamaq üçün xeyli sayda unsanı yollara düzübmüş. Axırda polis müdaxilə edərək başa salıb ki, koronavirus pandemiyası dövründə kütləvi tədbirlərə icazə verilmir. Hətta Nadir Abıyev rayondakı mülkünü İKT-yə qərargah kimi verib. 
Hələ bunlar nədir ki...? 
Rasim Məmmədov Türkiyəyə düşmən kəsilən FETÖ-nün əsas adamlarından biri olan Hakan Sarı ilə də əməkdaşlığa başlayıb. 
Əvvəlcə onu bildirək ki, FE-T-Ö  deyəndə  Fetullahçı-Terror-Örgütü başa düşülür. Və qurumun başında Fətullah Gülən durur.
Bu terrorçu qurumun tanınmış nümayəndələrindən biri isə Hakan Sarıdır. 
İKT-nin sədri Rasim Məmmədov Hakan Sarını  İsveçrədə  koalisiyanın nümayəndəsi təyin edib. Bakıda görüşüblər. Buradan onu Türküstan ellərinə yola salıblar.  
Adama deyərlər  qardaş Türkiyə ilə  münasibətlərimizin ən yüksək olduğu dönəmdə FETÖ-nün sağ əli Hakan Sarı ilə əməkdaşlıq etməkdə, onu İsveçrədə nümayəndə təyin etməkdə məqsədin nədir, ay Rasim Məmmədov ?  
Azərbaycanla  Türkiyə arasındakı münasibətləri korlamaq ? 
Sən bunu bacarmazsan. Ancaq atalar deyib ki, milçək bir şey deyil, könül bulandırır. 
Bir də atalar deyib ki, ətlə dırnağın arasına girən iylənib çıxar. 

  mənbə: gündəlik bakı


Tarix: 12-03-2021, 09:37 Oxunub: 1 039


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı