16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Naxçıvan Dövlət Kukla Teatrında maarifləndirici və interaktiv tədbir keçirilib

Naxçıvan Dövlət Kukla Teatrında Konstitusiya və Suverenlik İli, həmçinin Uşaq Hüquqları Aylığı çərçivəsində  ilk dəfə olaraq uşaqlar üçün xüsusi  hazırlanmış maarifləndirici və interaktiv tədbir keçirilib. Tədbirin əsas məqsədi uşaqlarda hüquqi biliklərin artırılması, Konstitusiyanın mahiyyətinin onların yaş səviyyəsinə uyğun formada izah edilməsi və uşaq hüquqlarının qorunması istiqamətində maarifləndirmənin gücləndirilməsi olub.


Tədbiri teatrın bədii rəhbəri və direktoru Səyyad Məmmədov açaraq Konstitusiya və Suverenlik İlində keçirilən tədbirlərin ümummilli əhəmiyyətini qeyd edib, dövlətçilik ənənələrimizin qorunması, suverenliyin möhkəmləndirilməsi və vətəndaş məsuliyyətinin formalaşdırılması barədə uşaqlara maraqlı və anlaşılan formada məlumat verib. O, eyni zamanda Uşaq Hüquqları Aylığının məqsədlərini diqqətə çatdıraraq uşaqların müdafiəsi, təhlükəsizliyi və maariflənməsi istiqamətində görülən işləri vurğulayıb.


Daha sonra tədbirin qonağı – Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı-hüquqşünas Yunis Xəlilov interaktiv təqdimatla çıxış edərək uşaqlara onların fundamental hüquqları, özlərini necə qorumaları, hüquqları pozularsa kimə müraciət etməli olduqları, həmçinin gündəlik həyatda hüquqi davranış qaydaları barədə ətraflı məlumat verib.Tədbir uşaqların maariflənməsi, hüquqi düşüncələrinin inkişafı və vətəndaşlıq şüurunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb edib.Tədbir zamanı tamaşaçılara suallarda verilib və uşaqların fəal iştirakı ilə daha da əyləncəli,yaddaqalan anlar yaşanıb.2 aktiv uşağa Yunis Xəlilovun qələmə aldığı “Dünyagörüşü ilə bağlı 1111 sual-1111 cavab” kitabı təqdim olunub.

Daha sonra uşaqlar üçün “Özgəyə quyu qazan” tamaşası nümayiş olunub.

Sonda iştirakçılara təşəkkür edilib, xatirə şəkilləri çəkilib.



Tarix: 19-11-2025, 08:15 Oxunub: 887


Bölməyə aid digər xəbərlər
10-03-2022, 12:38 Bu gün Milli Teatr Günüdür


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031