Kitabxanada “Milli Qəhrəmanlarımız” layihəsi davam edir

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli Qəhrəmanlar haqqında silsilə videoçarxlar hazırlanır.

2025-ci ilin sonuncu 7-ci videoçarxı Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhidlər və qəhrəmanlıq haqqında sitatları ilə başlayır. Videoçarxda Milli Qəhrəmanlar Niyazi Aslanovun, Gültəkin Əsgərovanın, Eldar Həsənovun, Yuri Kovalyovun, Füzuli Rüstəmovun, İbad Hüseynovun, Eltun İsgəndərovun gənclərə örnək şərəfli ömür yolu, göstərdikləri qəhrəmanlıqlar, təltifləri və xatirələri haqqında məlumatlar verilir.

Videoçarxdakı Milli Qəhrəmanlardan altı nəfər Birinci Qarabağ müharibəsində, 1 nəfər sərhəd pozucuları ilə döyüş (2009) zamanı qəhrəmanlıq göstərmişdilər.


Tarix: 3-10-2025, 16:38 Oxunub: 662


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31