Süleyman Sani Axundovun 150 illik yubileyi qeyd olundu

“Yubileylər silsiləsi” layihəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında, A.Şaiq adına 2№-li kitabxana filialında dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq, XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olan Süleyman Sani Axundovun 150 illik yubileyi qeyd olundu.

Mərkəzi Kitabxanada hazırlanan videoçarxda S.S.Axundovun həyat və yaradıcılığı haqqında məlumat verilir. Qeyd olunur ki, Süleyman Sani Axundov bir sıra mühüm vəzifələrdə işləmiş, Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasında fəal iştirak etmişdir. Bildirilir ki, yazıçı Qori müəllimlər seminariyasında təhsil aldıqdan sonra rus-tatar məktəbində müəllim təyin edilmişdir və ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, 1906-cı ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında da iştirak etmişdir. Videoçarxda S.S.Axundovun xatirəsinin əbədiləşdirilməsi haqqında da məlumat verilir.

2 №-li kitabxana filialında “Qaraca qız” əsərinin müzakirəsi keçirilmişdir. Tədbirdə S.S.Axundovun milli maarifçiliyə verdiyi töhfələr, uşaq ədəbiyyatındakı yeri, tərbiyəvi əsərləri və xüsusilə “Qaraca qız” hekayəsi təhlil olunmuşdur. Müzakirə zamanı oxucular fikirləri ilə bölüşdülər, əsərin aktual və tərbiyəvi məqamlarından danışdılar.


Tarix: 3-10-2025, 16:27 Oxunub: 637


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31