Kitabxanada “Milli Qəhrəmanlarımız” layihəsi davam edir

       Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2020-ci ildən “Milli Qəhrəmanlarımız” silsilə tədbirləri həyata keçirilir.

Bununla əlaqədar, 2025-ci ildə yubileyləri tamam olan Milli Qəhrəmanlarımız haqqında videoçarxın ikinci hissəsi hazırlandı.

Videoçarxda torpaqlarımızın bütövlüyü, Vətənimizin azadlığı, dövlət suverenliyimizin qorunması uğrunda qəhrəmanlıq göstərən və igidlikləri ilə şanlı tarix yazan Azərbaycan oğulları haqqında məlumat verilir. Videoçarx Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlər və qəhrəmanlıq haqqında sitatları ilə başlayır.

İkinci videoçarxda izləyicilərə Azərbaycanın Milli Qəhrəmanları Məzahir Rüstəmov, Tahir Həsənov, İxtiyar Qasımov, Nazim Babayev, Elşad Məmmədov, Xanoğlan Məmmədov və Bəhruz Mənsurov haqqında qısa məlumat verilir. Onların döyüş yolu, göstərdikləri igidliklər qeyd olunur. Videoçarxda Milli Qəhrəmanların “Xatirəsi” bölməsi də var.

Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:

https://www.youtube.com/watch?v=ZbJy5Or5TLM&t=9s

 


Tarix: 1-08-2025, 09:34 Oxunub: 637


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930