13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Müstəqil Azərbaycanın inkişafında Heydər Əliyev siyasətinin uğurlu davamçısı Mehriban Əliyevanın rolu

Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev dövlət idarəçilik sisteminin təkminləşdirilməsinə xidmət edən mühüm addımlar atmışdır. Bu addımlardan biri də birinci vitse-prezidentlik institunun təsis olunması idi.

2016-cı ildən keçirilən Konstitusiya islahatları ilə bağlı referendumun nəticələrinə əsasən yaradılmış vitse- prezidentlik institu İlham Əliyevin keçirdiyi islahatların təzahürüdür. Bu hadisə müstəqil Azərbaycanın siyasi və ictimai həyatında irəliyə doğru atılmış mühüm addım idi. Belə ki, vitse-prezidentlik institutu idarəetmədə səmərəliliyi və çevikliyi artırmışdır.Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan respublikasının Birinci vitse-prezidenti təyin olunub. Uzun illər ölkəmizin ictimai- siyasi, mədəni həyatında fəal rol oynayan Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin olunması ölkəmizin müasir tarixinin mühüm hadisəsi olmuşdur. 2017-ci ildəm etibarən vitse-prezident kimi fəaliyyət göstərən Mehriban xanım öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, ölkəmizdə baş verən müsbət meyillərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında kiçik də olsa öz töhfəsini verməyə hazırdır. Azərbaycan Respublikasının hərtərəfli inkişafı onun fəaliyyət kredosudur. Qarşıda duran problemlərin həlli yolunda atılan addımlar Mehriban xanımın həqiqi amal uğurunda çalışdığını özündə ehdiva edir. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemləri ilə yaxından tanış olur, ehtiyacı olan insanlara analıq mərhəməti, qayğısı göstərir. Bu ənənə onun vitse-prezidentlik fəaliyyətinə başladığı ilk gündən başlamışdır. Mehriban xanımın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşdırdığı layihələr təhsildə demoqrafik prinsipin yaradılmasını təmin etmişdir. Milli-mənəvi dəyərlərimizin ən həssas hissəsi olan muğamlarımızın dünyada tanınması istiqamətində gerçəkləşdirilən layihələr Mehriban xanımın fəaliyyətinin prioritet istiqamətlərindən biridir.

Mehriban xanım Əliyevanın 2005-ci ildən etibarən Azərbaycanın ictimai-siyasi həyatında tutduğu vəzifələr: Azərbaycan Respublikasının Mili Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun Xoşməramlı səfiri və s. onun yüksək idarəçilik təcrübəsinin olmasından xəbər verir. Mehriban xanımın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycanın yüksək inkişafına və bütün dünyada tanınmasına xidmət edir. 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycan və dünya ictimayyəti I vitse-prezidentinin yüksək təşkilatçılıq bacarığının bir daha şahidi oldu.

Mehriban xanım Əliyevanın beynəlxalq arenada göstərdiyi xidmətlər Azərbaycan Respublikasının dünya ictimayyətinə təqdimatıdır. Onun qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın dünyəvi brendinə çevrilmişdir. Birinci vitse-prezidentin bir çox Avropa və Asiya ölkələrinin birinci xanımları və ya ölkənin siyasi-iqtisadi həyatında vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər xüsusi əhəmiyyət daşıyır. Uzun illərdir xalqını özünə arxa, dayaq sayan Birinci xanım Mehriban Əliyeva YAP-a vəHeydər Əliyev siyasi irsinə sadiqlik göstərərək həmişə xalqın yanında olub. Hümanist ideyaları ilə xalqın gözündə yüksəlib. Mehriban Əliyevanın misilsiz fəaliyyəti həm ölkə rəhbərliyi, həm də xarici dövlətlər yüksək dəyərləndirilmişdir.

Belə ki, Fransanın “Şərəf Legionu” , Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətinə görə”, İtaliyanın “ Xidmətlərə görə” Böyük Xalça Kavaleri, Vatikanın IX Piy Orderinin Böyük Xaçı, Polşanın “ Xidmətlərə gör” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandar Xaçı, Rus Pravoslav kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri,UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Kras Montana Formunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı. Mehriban xanım Əliyeva, eyni zamanda Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və mefodi adına Veliko Tirnovo Universitetinin fəxri doktoru seçilmişdir.

Mehriban xanım haqqında gördüklərimizi, bildiklərimizi rəhbər tutaraq deyə bilərik ki, peşəkar və təcrübəli siyasətçi, hümanist insan, bütün mənəviyyatı ilə xalqına, Vətəninə bağlı olan bu insan Allahın Azərbaycan xalqına bir töhfəsidir. Xalqın sevgisi, etimadı, dəstəyi isə bizim I vitse-prezidentə ən böyük mükafatımızdır.

 











Pirməmmədova Söylü Tacəddin qızı,
A.Əmilov adına Daş Salahlı kənd 1N-li tam orta məktəbin direktor əvəzi


Tarix: 21-02-2022, 17:40 Oxunub: 732


Bölməyə aid digər xəbərlər