“Titanik”in aktrisası karyerasını bitirir

“Titanik” filmində “Molli Braun” rolunu canlandıran aktrisa Keti Beyts karyerasını sonlandırır. O, bu barədə “The New York Times” qəzetinə müsahibəsində bildirib.

O, son olaraq rol aldığı, 1986-1996-cı illərdə yayımlanan “Matlock” serialının davamı olaraq çəkilən eyniadlı filmdən sonra təqaüdə çıxacağını açıqlayıb.

Qeyd edək ki, Beyts Stiven Kinqin “Miseri” filmindəki “Enni Uilks” rolu ilə məşhurlaşıb. O, bu rola görə “Oskar” mükafatına laiq görülüb. Onun rol aldığı ən məşhur işlər arasında isə “Titanik”, “Amerika dəhşət hekayəsi”, “Ofis”, “İki yarım kişi”, “Şmidt haqqında”, “Evdəki müharibə”, “Qızardılmış yaşıl pomidor”, “Aclıq sinfinin lənəti” var.

Həmçinin 76 yaşlı aktrisa “İki yarım kişi” və “Amerika Dəhşət Hekayəsi” filmlərinə görə “Emmi” mükafatı qazanıb.
Keti Beyts “Enni Uilks” rolunda


Tarix: 11-09-2024, 13:45 Oxunub: 269


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31