Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq

Artıq “AirBnb”da məşhur “Yuxarı” (“Up”) cizgi filmindəki kimi evi kirayələmək mümkündür. Bu barədə bütün dünyada fərdi mənzillərin qısamüddətli kirayələrinin yerləşdirilməsi və axtarışı üçün olan onlayn platformanın özü xəbər verib. Şirkət bununla bağlı kadrlar da təqdim edib.

Qeyd edək ki, “Pixar” studiyası tərəfindən istehsal olunan və “Walt Disney Pictures” tərəfindən yayımlanan “Up” animasiya filmində qoca kişi Karl Fredriksen və Rassel adlı balaca oğlandan bəhs edilir. Karl evinə çoxlu sayda şar bağlayaraq mərhum həyat yoldaşına verdiyi vədi - Cənubi Amerika cəngəlliklərini səyahət etmək arzusunu gerçəkləşdirməyi düşünür.

“Yuxarı” filmi “ən yaxşı cizgi filmi” və “ən yaxşı film ssenarisi” nominasiyalarında “Oskar” mükafatına layiq görülüb.


[media=https://baku.tv/embed/135675]


Tarix: 3-05-2024, 12:08 Oxunub: 384


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031