16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
"Oskar" mükafatlarına namizədlər açıqlandı



ABŞ-da 2022-ci il "Oskar" kino mükafatlarına namizədlərin adları açıqlanıb.

"İlin ən yaxşı filmir" kateqoriyası üzrə "Belfast", "CODA", "Yuxarı baxmayın", "Avtomobilimi sür", "Düna", "Kral Riçard", "Biyan pitsası", "Qorxu xiyabanı", "İtin gücü", "Uestsayd hekayəsi" filmləri namizəd kimi irəli sürülüb.

"Ən yaxşı rejissor" adı uğrunda Kennet Brana ("Belfast"), Ryüsuke Hamaquçi ("Avtomobilimi sür"), Pol Tomas Anderson ("Biyan pitsası"), Ceyn Kampion ("İtin gücü") və Stiven Spilberq ("Uestsayd hekayəsi") mübarizə aparacaq.

"Ən yaxşı aktyor" kateqoriyasında Xavyer Bardem, Endrü Qarfild, Uill Smit, Benedikt Kamberbetç, Denzel Vaşinqton, "Ən yaxşı aktrisa" kateqoriyasında isə Cessika Çesteyn, Oliviya Kolman, Penelopa Kruz, Nikol Kidman, Kirsten Styuartın adları irəli sürülüb.

Qeyd edək ki, 94-cü "Oskar" mükafatlarının təqdimetmə mərasimi martın 27-də keçiriləcək.


Teleqraf.com


Tarix: 9-02-2022, 08:50 Oxunub: 513


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031