Bu gün kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günüdür. 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si Kino Günü qeyd olunur.
Yaranmasının 126-cı ilini qeyd edən Azərbaycan kinosunun bugünkü mənzərəsi bir çoxları tərəfindən ürəkaçıcı hesab edilmir.
Kino sahəsinin dirçəlişi üçün iş adamlarına ehtiyac var...
VI çağırış Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa da bu fikirdədir. O, açıqlamasında bunun səbəbinin iqtisadi olduğunu bildirib:
“Bunun səbəbi ilk növbədə müstəqil iş adamlarının olmaması ilə bağlıdır. Kino sənayesi elədir ki, buraya kapital yatırmaq lazımdır. Dövlətin ayırdığı 10 milyon yetərli vəsait deyil. Bürokratik sistem içində hansısa yaxşı filmlərin çəkilməsi imkanları da böyük deyil. Bu sahəyə böyük yatırımlar olmalıdır. Yatırımları iş adamları edib buradan pul götürməlidirlər. Dövlətin verdiyi vəsait daha çox əməkhaqqına və dekorativ xərclərin həllinə yönəlir. Kino sahəsindəki yoxlamalar göstərir ki, bu sahədə də müəyyən korrupsiya hallarına yol verilir".
Bölməyə aid digər xəbərlər