Qayın qardaşı arvadını niyə öldürüb ?

Cəlilabadda 49 yaşlı qadının qaynı tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
Əldə etdiyimiz məlumata görə, qətlə səbəb mülk davası olub.
Belə ki, qətli törədən, rayonun Sarxanlı kənd sakini, 1966-cı il təvəllüdlü Mehdi Həsənov qardaşı Loğman Həsənovun evinə gələrək onlardan evi tərk etmələrini istəyib.
Loğman Həsənov isə qardaşının içkili olduğunu görüb və təhlükəli vəziyyət yaradacağını düşünərək iki oğlu ilə birgə çölə çıxaraq gizlənib. Az sonra isə Mehdi Həsənov mübahisə nəticəsində qardaşı arvadı, 1973-cü il təvəllüdlü Südabə Həsənovanı ürəyindən bıçaqlayıb. Yaralı çatdırıldığı xəstəxanada dünyasını dəyişib.
Mehdi Həsənov hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam edir.


Tarix: 2-04-2022, 13:46 Oxunub: 437


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031