Tanınmış idmançılara yekun ittiham verildİ

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayev, Mehman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq tamamlanır.

İdmançılara yekun ittiham elan edilib. Onların hər biri Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə mühakimə ediləcəklər. Bu maddənin saksiyasında iki ilədək islah işləri və ya üç ilədək azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Yaxın günlərdə toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək. 

Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində baş vermişdi. İttihama görə, təqsirləndiriləm idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb. 

Ruslan Əfəndiyev və onun tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbsdədir. T.Musayev və M.Məmmədov barəsində isə istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.


Tarix: 11-05-2024, 12:17 Oxunub: 503


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31