Bakının Səbail rayonu ərazisində - Nizami küçəsində Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Şahin Cavadov və Asif Bağışova hökm oxunub. Hər iki gənc Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib.
Məhkəmədə bildirilib ki, gənclər ötən il fevralın 11-də saat 20 radələrində Səbail rayonu ərazisində Pakistan vətəndaşı Umar Farooqa bıçaqla hücum edərək içərisində 2 000 ABŞ dolları, 50 manat və sənədlər olan pulqabısını quldurluq yolu ilə talayıblar. Belə ki, pul kisəsi arxa cibində açıq görünən turist 26 yaşlı Şahinin və 24 yaşlı Asifin diqqətini çəkib və onlar həmin şəxsi təqib ediblər. Daha sonra əcnəbiyə hücum edən şəxslər onun pulqabısını götürərək qaçıblar.
Məhkəmənin hökmü ilə Şahin Cavadova 9, Asif Bağışova isə 8 il həbs cəzası verilib.
Qeyd edək ki, həbs edilən gənclər əvvəllər də oxşar əməllərə görə məhkumluq həyatı yaşayıblar.
Bölməyə aid digər xəbərlər