Rüsvayedici məlumatlar yayacağı ilə hədələdi, minlərlə manat pulunu aldı

    Biləsuvarda hədə-qorxu ilə 10 min manat pul tələb edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar rayon sakini olan bir nəfər polisə müraciət edərək rayonun Ovçubərə kənd sakini İsmayıl İsmayılovun hədə-qorxu yolu ilə ondan pul tələb etdiyini bildirib.
    Araşdırmalarla İ.İsmayılovun həmin şəxsdən barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 10 min manat tələb etdiyi, nəticədə onlayn və nağd şəkildə olmaqla ümumilikdə 3000 manat pulunu ələ keçirdiyi müəyyən edilib. İ.İsmayılovun üzərindən zərərçəkmiş şəxsdən əldə etdiyi pul vəsaiti aşkarlanaraq maddi sübut kimi götürülüb.
     Saxlanılan şəxsin digər analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.


Tarix: 15-03-2024, 08:46 Oxunub: 264


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31