11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
GƏNCƏ DƏYİRMAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ insanları aldatmaqla məşğuldur..



GƏNCƏ DƏYİRMAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ insanları aldatmaqla məşğuldur!!!
Belə ki, həmin bu cəmiyyət satışa çıxardığı un kilsələrinin çəkisini düzgün qablaşdırmır. 

Vətəndaşlardan gələn şikayətlərə əsasən araşdırma apararkən doğrudan da un məmulatının düzgün qaydada qablaşdırılmamasının şahidi olduq. 5 kq un kisəsinin çəkisi  4.866 kq,  10 kq un kisəsinin çəkisi  isə 9.874 kq olduğu müəyyən edildi.
Hər kisədə ən azı 100 qr oğurluq etmək insanların cibinə girib oğurluq etmək hesab olunmurmu?
Öz millətinə qarşı belə hərəkət edənlər görəsən doğrudanmı heç utanmırlar? 

GƏNCƏ DƏYİRMAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə əlaqə saxlamaq istəsək də çox təssüflər olsun ki, telefona  həmin dəyirmanda "mühafizəçi" işləyən Orxan adlı şəxs cavab verdi. Müdiriyyətin  işdə olmadığını dedi. 
"Mehriban Un" kisələrinin üzərinə yazılan telefon nömrəsi sən demə orada işləyən mühafizəçilərə aid imiş...
Yəqin ki, müvafiq qurumlar bu məsələni aydınlaşdırıb bir tədbir görəcəklər.

Elnur Quliyev, ATİA.AZ


Tarix: 28-02-2022, 08:21 Oxunub: 1 047


Bölməyə aid digər xəbərlər