Bu gündən etibarən Ukraynada yanacağın qiymətləri azalacaq. Belə ki, dizel yanacağı 5 UAH (Ukrayna Grivnası – litr üçün 44,90-dan 39,96-dək azalma), benzin isə 7 UAH-dan çox ucuzlaşacaq (litr üçün 43,52-dən 35,76 UAH-a eniş).

Bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat yayıb.
“Biz o zaman tarazlığa nail oluruq ki, köklü vergi endirimi hesabına qiymət aşağı düşsün. Bunun sayəsində biz əkin kampaniyası apara və vacib malların, o cümlədən, ərzaqların daşınması üçün kifayət qədər resurs toplaya biləcəyik. Ukraynanı qələbəyə yaxınlaşdıracaq bir sıra iqtisadi proseslər aktivləşəcək” – nazirliyin bəyanatında bildirilir.
Qeyd edək ki, bundan əvvəl “A-95 Consulting Company”nin eksperti Sergey Kuyun Ukraynada yanacaqla bağlı vəziyyət barədə danışıb. Onun sözlərinə görə, neftin qiyməti bir barel üçün 140 dollara çatıb ki, bu da müharibədən əvvəlki qiymətdən 40 faiz yüksəkdir. Birjalarda neft məhsulları da buna uyğun olaraq bahalaşıb.
Müşviq Tofiqoğlu,
Bölməyə aid digər xəbərlər