Üç ölkə birlikdə yol xəritəsi hazırlayacaq

Türkiyə, Azərbaycan və Özbəkistan əməkdaşlığı gücləndirmək üçün yol xəritəsi hazırlayacaq.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib.

O qeyd edib ki, bugünkü iclasda üçtərəfli formatda siyasi-iqtisadi əməkdaşlığa dair imkanlar müzakirə olunacaq:

“Qarşıdakı dövrdə atacağımız konkret addımlar üçün yol xəritəmizi müəyyənləşdirəcəyik. İlk gündəm maddəsi olaraq xarici siyasət və regional əməkdaşlıq mövzusunda bizə birbaşa təsir edən məsələləri müzakirə edəcəyik. İkinci əsas müzakirə mövzusu ticarət, iqtisadiyyat, əməkdaşlığın genişləndirilməsi məsələsi təşkil edir. Türkiyənin ticarət həcmi ilbəil artmaqdadır. Bu çərçivədə Türk dünyası ilə də ticarət əlaqələrimiz genişlənir. Türk dövlətləri ilə ticarət tərəfdaşlığımızı genişləndirilməsinə, qarşılıqlı investisiyaların artırılmasına xüsusi önəm veririk.


Tarix: 29-01-2025, 12:25 Oxunub: 1 269


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031