Bu ölkədə quş qripinə ilk yoluxma

Avstraliyanın Viktoriya əyalətinin səhiyyə orqanı ölkədə quş qripinə ilk yoluxma halının qeydə alınması ilə bağlı ictimai xəbərdarlıq elan edib. Bu barədə Viktoriya Səhiyyə Departamenti məlumat yayıb.
 
Məlumata görə, quş qripi (H5N1virusu) mart ayında xaricdən qayıdan bir uşaqda aşkarlanıb. Xəstəlik ağır gedişatlı olsa da, uşaq hazırda tam sağalıb.
 
Həmçinin qeyd edilib ki, xəstəliyin insanlar arasında asanlıqla yayılmadığı nəzərə alınarsa, əlavə yoluxma hallarının baş verməsi ehtimalı çox aşağıdır. Əyalətdə virusun ötürülməsinə dair hələlik heç bir dəlil yoxdur.
 
Ştatın kənd təsərrüfatı idarəsi quş qripi virusunun Melburndan 80 kilometr qərbdə yerləşən Meredit kəndi yaxınlığındakı fermada quşlar arasında aşkar edildiyini bildirib.


Tarix: 23-05-2024, 11:16 Oxunub: 194


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930