İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb.

Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki, naməlum heyvanın baş hissəsi olmayıb. Çimərlikdə çəkilmiş fotoşəkildə sümükləri və əzələləri olan bir növ heyvanın böyük bədəni göstərilir, lakin onun bioloji növlərini tanımaq demək olar ki, mümkünsüz görünür. Naməlum dəniz heyvanının köpəkbalığı və ya balina olduğunu güman etmək olar, lakin qeyd olunur ki, qəribə məxluqun üzgəcləri və quyruğu yoxdur.

Artıq naməlum heyvanın cəsədi mütəxəssislər tərəfindən tədqiq olunur, onlar onun hansı növə aid olduğunu müəyyənləşdirməyə çalışacaqlar.


Tarix: 17-04-2024, 11:32 Oxunub: 255


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031