Araşdırmalara görə, tək və xoşbəxt olmamaq siqaret çəkməkdən daha çox səhhətinizə təsir edir.
Stenford Universiteti və Honq-Konq Universitetinin alimləri tənhalığın, narahatlığın və bədbəxtliyin bioloji yaşı artırdığını sübut ediblər.
Araşdırmanın təfərrüatları haqqında məlumatları təqdim edir.
Son zamanlar ABŞ-da tənhalığı epidemiya adlandırırlar. Stanford Universiteti və Honq-Konq Universitetinin tədqiqatçıları tənhalığın və bədbəxtliyin orqanizmə təsirini araşdırıblar.
Tədqiqatlar göstərir ki, mənfi emosional vəziyyətlər siqaretdən daha çox sağlamlığa təsir edə bilər.
“Aging” jurnalında dərc olunan araşdırma göstərir ki, tək qalmaq və bədbəxt olmaq insanı siqaretdən daha tez qocaldır.
Tədqiqatçılar 12.000 orta yaşlı və qoca insanlar üzərində təcrübə aparıblar. Onların üçdə birində qaraciyər, ağciyər xəstəlikləri, xərçəng və insult olub.
İştirakçılar arasında demoqrafik, sosial mühit, psixoloji vəziyyət və onların hazırda siqaret çəkən olub-olmaması kimi faktorlar daxil olmaqla sorğu keçirilib.
Anketlərlə yanaşı, alimlər qan nümunələri və tibbi məlumatlardan istifadə edərək iştirakçıların bioloji yaşını göstərən model yaradıblar.
Tədqiqatçılar insanların daha tez qocalmasına səbəb olan faktorları görmək üçün iştirakçıların test nəticələrini müqayisə edib, onları xronoloji yaş və cinslə uyğunlaşdırıblar.
Araşdırmanın nəticəsinə görə, özünü tənha və ya bədbəxt hiss etmək insanın bioloji yaşını 20 ay artırır. Siqaret çəkmək isə insanın bioloji yaşını 15 ay artırır.
Bioloji yaşın artması digər amillərlə də bağlıdır. Kişi olmaq insanın biolojibş yaşını beş ay artırır. Tibbi xidmətin zəif olduğu kənd yerlərində yaşayan insanların bioloji yaşı dörd ay artır.
Heç vaxt evlənməmək isə bioloji həyata təxminən dörd ay əlavə edir.
sfera.az
Bölməyə aid digər xəbərlər