09:53 / 27-08-2026
Anar Nəbiyev: Azərbaycan-Özbəkistan: iki qardaş ölkənin əməkdaşlıq gündəliyi genişlənir
15:20 / 25-08-2026
Rəna Bayramova: Laçın Laçınlığına qayıdır
10:46 / 25-08-2026
Zelenski Hikmət Hacıyevi təltif edib
10:16 / 25-08-2026
Anar Nəbiyev: "Azad Laçın yeni inkişaf dövrünə qədəm qoyub"
10:04 / 25-08-2026
İsgəndər Qurbanov: "Davamlı inkişaf üçün yeni üfüqlər açılır"
15:05 / 24-08-2026
Paşa Hadıyev: 'Qardaşlıqdan strateji tərəfdaşlığa"
11:05 / 22-08-2026
Anar Eminov: "Mingəçevir Dövlət Universiteti turizm mütəxəssislərinin hazırlanması istiqamətində fəaliyyətini genişləndirəcək"
21:24 / 20-08-2026
"İncə fikirlər" layihəsinin ilk qonağı Sevinc Şirvanlıdır
14:48 / 20-08-2026
ƏDƏBİ KÖRPÜ: VƏTƏN, TURAN VƏ QARDAŞLIQ TƏRƏNNÜMÜ
10:11 / 14-08-2026
Anar Nəbiyev: "Naxçıvan: sabitlik, inkişaf və tərəqqi məkanı"
09:57 / 13-08-2026
Polad Ağakişiyev: "Naxçıvana 17-ci səfər"
06:40 / 13-08-2026
Şəkidə intellektual bilik yarışı keçirilib
02:37 / 12-08-2026
Anar Eminov: “Universitetin gələcəyi onun yaratdığı dəyər, yetişdirdiyi insan və cəmiyyətə verdiyi töhfə ilə ölçülür”
11:06 / 03-08-2026
Paşa Hadıyev: "Regional əməkdaşlığın yeni mərhələsi"
10:31 / 03-08-2026
Anar Nəbiyev: "Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi məkana çevrilib"
07:01 / 03-08-2026
Rektor Anar Eminov: "Düzgün ixtisas seçimi gənclərin gələcəyinə, ölkənin sabahına verilən strateji qərardır”
06:59 / 03-08-2026
Rektör Anar Eminov: "Doğru bölüm tercihi, gençlerin geleceğine ve ülkenin yarınlarına yapılan stratejik bir yatırımdır."
13:31 / 01-08-2026
Anar Eminov: “Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması Ümummilli lider Heydər Əliyevin öz xalqı, vətəni qarşısında müstəsna xidmətlərindən idi”
10:03 / 31-07-2026
Mingəçevir Dövlət Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
08:32 / 30-07-2026
"Onkoloji xəstəlik qorxulu deyil, sağalan xəstəlikdir, bunun üçün həkimlə dostluq etmək lazımdir" - Elçin Mansurov
09:29 / 29-07-2026
Rektör Anar Eminov: “Bilimsel Gelişim, Hedef Odaklı Strateji ve Akademik Mükemmeliyetin Bir Sonucudur”
09:16 / 29-07-2026
Anar Eminov: “Elmi inkişaf məqsədyönlü strategiya və akademik mükəmməlliyin nəticəsidir”
14:45 / 28-07-2026
Anar Nəbiyev: "Azərbaycan dili milli və bəşəri dəyərləri ehtiva edir"
09:35 / 28-07-2026
Polad Ağakişiyev: "Dilimiz həmrəyliyimizin sarsılmaz təməlidir"
09:27 / 28-07-2026
Atlaz Rzayinin sənət bağçasından bir neçə yarpaq...
09:11 / 28-07-2026
SAHİB İBRAHİMOVUN DOĞUM GÜNÜDÜR!!!
16:24 / 24-07-2026
Esmira Şıxməmmədova: "Qarşılıqlı faydalı əməkdaşlıq modeli"
16:18 / 24-07-2026
YAP Qazax rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə tədbir keçirilib
13:23 / 24-07-2026
Anar Nəbiyev: Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ
05:37 / 23-07-2026
“Nə? Harada? Nə Zaman?” intellektual oyunu bu dəfə ŞƏKİDƏ...
Yarım milyard avro qiyməti olan Eyfel qülləsi – Hitler onu partlatmaq əmri verib, general icra etməyib
Sözsüz ki, Fransaya səfər etməyi planlaşdıranlar ilk növbədə Parisdə yerləşən Eyfel qülləsini göz önünə gətirirlər.
Bölməyə aid digər xəbərlər
Sözsüz ki, Fransaya səfər etməyi planlaşdıranlar ilk növbədə Parisdə yerləşən Eyfel qülləsini göz önünə gətirirlər.Eyfel qülləsi dünyada turistlər tərəfindən ən çox ziyarət olunan yer sayılır, həmçinin bu qüllənin qarşısında çəkilən şəkillərin sayı da rekord həddədir.
Dünyanın marağını özünə cəlb edən Eyfel qülləsinin sirri nədədir? Bu qüllə haqqında nələri bilirik?
Eyfel qülləsi haqqında ən maraqlı faktları təqdim edirik:
1. Eyfel qülləsi bu möhtəşəm tikilinin müəllifi Qustavo Eyfelin adını daşıyır.
2. Eyfel əvvəlcə öz layihəsini İspaniya hökumətinə təklif edib, qüllənin Barselonada inşa edilməsini yerli qurumlarla müzakirə edib. İspaniya hakimiyyəti qüllənin uğursuz layihə olduğunu bildirərək, Eyfelin təklifini rədd edib.
3. Eyfel qülləsinin inşasına iki il vaxt sərf edilib. 1889-cu ildə Böyük Fransa inqilabının 100 illiyində qüllə hazır olub.
4. Qüllənin tikintisində 300 işçi çalışıb.
5. 1889-1930 illərdə Eyfel qülləsi planetin ən hündür tikilisi sayılıb.
6. Fransa hökuməti ilə Qustavo Eyfel arasında bağlanan müqavilədə qüllənin 20 ildən sonra sökülməsi nəzərdə tutulub. Ancaq 6 ay ərzində 2 milyon insanın qülləni ziyarət etməsi faktı müqavilənin bu bəndinin üstündən xətt çəkib.
7. Cəmisi 3 il ərzində turistlərin qüllənin ziyarətnə sərf etdikləri pul qüllənin inşasına sərf olunmuş vəsaitə bərabər olub.
8. Eyfel qülləsinin müqaviləyə görə 20 il Parisdə ucalması Fransa ziyalılarının narazılığına səbəb olub.
300 nəfər tanınmış ədəbiyyat və incəsənət xadimi, o cümlədən məşhur yazıçı Gi de Moppasan hökumət rəhbərlərinə bu tikilinin Paris arxitekturasına yamaq olduğunu bildirərək, etiraz məktubu ünvanlayıb.
Moppasan hər gün Eyfel qülləsini birinci mərtəbəsində yerləşən restoranda nahar edib. Yazıçıdan qüllədən xoşu gəlmədiyi halda, niyə məhz orada nahar etdiyini soruşanda, cavabı maraqlı olub: “Bura yeganə yerdir ki, buradan Eyfel qülləsi görünmür”.
9. Qüllənin hündürlüyü 300 metr olduğundan Qustavo Eyfel əvvəlcə onu “300 metrlik qüllə” adlandırıb. 2010-cu ildə isə qüllənin ü hündürlüyü quraşdırılmış antenalar sayəsində 324 metrə çatıb.
10. Qüllə 18038 detaldan ibarətdir. Onun tikintisində xammal kimi əsasən paslanmayan poladdan istifadə olunub.
11. Eyfel qülləsinin rənglənməsi üçün 57 ton boyadan istifadə olunur. Hər 7 ildən bir qüllə rənglənir.
12. Bu günə qədər Eyfel qülləsini 250 milyon nəfər ziyarət edib.
13. Muzeyi ziyarət etmək üçün satılan biletlərə hər gün 2 ton kağız sərf olunur.
14. Mövcudluğu dövründə 398 nəfər özünü qüllədən ataraq intihar edib. Sonralar belə hadisələrin təkrar olunmaması üçün qüllənin açıq hissələrinə xüsusi maneələr quraşdırılıb.
15. Fransa hakimiyyəti Eyfel qülləsini 435 milyon avro qiymətində dəyərləndirir.
16. Eyfel qülləsində liftlərlə yanaşı, pillələr də var. Qüllənin ən yuxarı hissəsinə çatmaq üçün 1710 pillə qalxmaq lazımdır.
17. 1940-cı ildə Fransa alman faşistləri tərəfindən işğal olunanda və +itler Fransaya səfər edəndə, qüllənin liftləri baxımsızlıqdan işləməyib. Buna görə də fürer qülləni arzuladığı kimi ziyarət edə bilməyib.
1944-cü ildə isə Fransa alman işğalından azad olmaq ərəfəsində olanda +itler general Ditrix Xoltsisə Eyfel qülləsinin partladılması ilə bağlı əmr verib. General bu əmri icra etməyib.
18. Güclü külək əsəndə Eyfel qülləsinin ən yuxarı hissəsi 10-15 santimetr aralığında tərpənir.
19. Gözəlliyinə görə, bir çox fransızlar Eyfel qülləsini “Dəmir ledi” də adlandırırlar.
20. Eyfel qülləsinin birinci və ikinci platformalarında restoranlar yerləşir. Birinci platformada olan restoran yerdən 95 metr hündürlükdədir və pəncərələri Sena çayına açılır. İkinci platformada yerləşən restoran isə “Jül Vern” adlanır. Bu restoranda nahar etmək üçün sifarəşlər bir neçə gün əvvəldən verilməlidir.
21. 1920-ci ildə Eyfel qülləsi “satılıb”. Belə ki, milliyətcə alman olan Paris sakini Viktor Lüstik qülləni dəmir alqı-satqısı ilə məşğul olan f i firmanın rəhbərinə təklif edib.
Pulun bir qismini aldıqdan sonra Lüstik aradan çıxıb. Eyfel qülləsinin “alqı-satqısı” ilə bağlı bu cür hadisələr bir neçə dəfə baş verib.
22. Eyfel qülləsinin aşağı platformasında 72 ad həkk olunub. Bu Fransanın tanınmış riyaziyyatçılarının, fiziklərin, astronomların,
mühəndislərin, alimlərin adlarıdır.
Fransız xanımları adətən bu guşəni ziyarət etmirlər. Çünki tanınmışların siyahısında bir nəfər də olsun qadın yoxdur.
23. Qüllənin yuxarı hissəsində Qustavo Eyfelin mənzili var. Vaxtilə o, bu mənzildə tanınmış fransızlarla görüşlər kçirib.
24. Eyfel qülləsi ilin bütün fəsillərində turistləri qəbul edir. Qüllənin aşağı platformalarını gəzmək üçün biletlərin qiyməti 16 avro, yuxarı hissəyə qalxmaq üçün isə 25 avrodur.
Platformalarda turistlərə xidmət edən kafelərdə bir stəkan meyvə şirəsi və bir kiçik pitsa dilimi almaq üçün ən azı 7-10 avro xərcləmək lazımdır.
25. Fransa paytaxtının simvolu sayılan Eyfel qülləsi dünya arxitekturasının şedevr əsərlərindən biri kimi qəbul olunur.
Zakir Osmanov
Tarix: 14-06-2025, 11:34 Oxunub: 1 243
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
20-08-2022, 07:25
DÜNYANIN NAMƏLUM QANUNU: "KAİNATIN SİRRİNİ RƏQƏMLƏRLƏ AÇMAQ MÜMKÜNDÜR"
13-10-2023, 12:04
KAİNATIN SİRRİNİ RƏQƏMLƏRLƏ AÇMAQ MÜMKÜNDÜR
26-05-2025, 10:43
İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
3-06-2024, 11:54
Eyfel qülləsini ziyarət bahalaşır
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
22-02-2025, 08:32
“Gözləyirdik ki, qidalar bizi zəhərləyəcək, yoxsa yox” - Hitlerin qadın dequstatoru
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
24-02-2025, 11:45
Avtomobillərlə bağlı etibarnamələr "mygov" üzərindən veriləcək
29-01-2025, 08:14
Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi qəbul olunub
22-07-2020, 21:04
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı ildən-ilə gücləndirilir
13-02-2021, 12:10
Oqtay Əsədov həbs edilir?
















