207 nömrəli məktəbdə İNSİDENT - Şagirdlər mühafizəçiyə BIÇAQ ÇƏKDİLƏR?

Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib.

Hadisə iyunun 5-də axşam saatlarında qeydə alınıb.

İlkin məlumata görə, məktəbin 11-ci sinif şagirdləri "Son zəng" günü münasibətilə rəqs məşqi etmək üçün məktəbə gəliblər. Lakin məktəbin mühafizəçisi onların məktəb həyətinə daxil olmasına icazə verməyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.

Hadisənin gedişində şagirdlərdən birinin mühafizəçinin üzərinə bıçaq çəkdiyi iddia olunur.

Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

Qeyd edək ki, ötən ay sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin keçmiş direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. İddialara görə səs yazısında direktor "Son zəng" üçün pul yığılmasını tələb edib və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini deyib. Daha sonra direktor vəzifəsindən azad edilib.

Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib.

News24.az


Tarix: 7-06-2025, 17:00 Oxunub: 1 793


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31