"Unikal" 15 yaşını qeyd edir

Bu gün "Unikal" qəzeti və "Unikal.az" xəbər portalının fəaliyyətə başladığı gündür. Media subyektlərinin fəaliyyətə başlamasından 15 il ötür.

Belə ki, ilk dəfə oxucularla görüşə 2010-cu il iyunun 6-da gələn "Unikal" qəzeti Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən maliyyələşir və layihə icra edir.


Unikal.az xəbər portalı uzun illərdir aktiv xəbər yayımını həyata keçirir və fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlərlə çıxır.

Hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir. Sayt Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir.

ATİA.AZ kollektivi adından "Unikal”da çalışan bütün əməkdaşları təbrik edir, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq!

Tarix: 6-06-2025, 12:33 Oxunub: 453


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31