11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Yaşın mübarək, AZƏRİ-TÜRK İnformasiya Agentliyi !!!


   Müstəqil Azərbaycanda söz və mətbuat azadlığının banisi  kimi də tarixə düşən Ulu Öndər Heydər Əliyev həmişə təbliğat və təşviqat vasitəsi kimi qəzet və jurnallara,  informasiya agentliklərinə xüsusi önəm vermişdir. Kütləvi informasiya agentliklərinin maliyyələşməsi üçün dövlət büdcəsindən bəzən ildə 2 dəfə milyon manatlarla vəsait ayırırdı.  Təbii ki, məqsəd aydındır: -  "Ölkədə informasiya qıtlığını aradan qaldırmaq, müstəqil ölkənin yaşaması üçün söz və mətbuat azadlığını güçləndirməklə əsas prioritet məsələrdən birinə çevirmək" 
  Bəli, bu gün də azad söz və azad mətbuat günbəgün inkişaf etməkdədir.
  Azərbaycan informasiya məkanında “Azəri-Türk İnformasiya Agentliyi"nin də xüsusi yeri var. Fəaliyyətə başladığı gündən qərəzsiz, şər və böhtandan uzaq olan ATİA.AZ saytı və saytın nəzdində fəaliyyət göstərən ATİA.TV  internet televiziyası  ölkə ictimaiyyətinin gündəmindədir. Qısa bir müddətdə sayt özünə saysız oxucu marağı qazandırmışdır. Hər an yenilənən, ölkədə və xaricdə baş verən hadisələri tezlilkə oxucularına çatdıran informasiya agentliyi eyni zamanda, poçtuna ünvanlanan ərizə və şikayətlərə də diqqətlə yanaşır, nöqsanları olduğu kimi ictimaiyyətə çatdırır. Əslində özünə hörmət edən hər bir informasiya agentlikləri bu cür də olmalıdır. 
  Qarayaxmadan, məqsədli yazılardan, haqsız tənqidlərdən kənarda duran, bütün hadisələrə real və bir mövqedən yanaşan ATİA.AZ saytı çalışır ki, daha çox oxucu marağına səbəb olsun. Bəli, hazırda bu cür də inkişaf etməkdədir.
   Onu da qeyd edək ki, redaksiyada çalışan bütün kollektivimiz  saytın formalaşmasında çox böyük işlər görmüşdür. Redaksiyanın poçtuna daxil olan vətəndaş rəyindən tutmuş ərizə və şikayətlər dəqiqqliklə oxunur, qarşı tərəf dinlənilir və sonda ictimailəşdirilir. Yəni, KİV haqqında qanunlara tam riayət edilir. Bu da çaşqınlıq yaratmadan sayta və onun kollektivinin imicinə hörmət yardır. 
  Arzumuz ATİA.AZ saytının daha da inkişafını, doğma Azərbaycanımızın günbəgün çiçəklənməsini gördüyümüz kimi, bu informasiya agentliyinin də hər vaxt çiçəklənməsini görməkdir.

01 dekabr...  AZƏRİ-TÜRK  İnformasiya Agentliyinin   (ATİA.AZ)  ildönümüdür...
Əlbəttə, son söz oxucularımızındır. 
Əziz oxucularımız!!!  Saytımızın ildönümü münasibəti ilə təbriklərinizlə yanaşı, Sizin təklif və iradlarınızı eşitmək bizim üçün xoşdur. 
  Yaşının tamam olması münasibətilə ATİA.AZ saytının bütün kollektivini və bu müddət ərzində bizimlə əməkdaşlıq edən dəyərli elm adamlarımızı, yaradıcı insanlarımızı, eləcə də saytımızda müntəzəm olaraq məqalələri dərc olunan hörmətli mediya işçilərini  ürəkdən təbrik edirik.  ATİA.AZ-ın yaradıcı kollektivinə can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.
 
 Yaşın mübarək, AZƏRİ-TÜRK  İnformasiya Agentliyi !!!


Hörmətlə: ATİA.AZ saytının  təsisçisi və
 baş redaktoru Aydın Adıgözəlov


Tarix: 29-11-2021, 12:12 Oxunub: 467


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?