Azərbaycan mediasının iqtisadi dayanıqlığının təmin edilməsi zaman-zaman ölkə mətbuatının gündəmə gətirdiyi vacib məsələlər sırasındadır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, milli mətbuatın inkişafında da Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. O, hakimiyyətə gəldiyi gündən bəri Azərbaycanda mətbuatın inkişafına, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərib.
1991-ci il oktyabrın 18-də qəbul edilən Müstəqillik Aktında və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumun nəticələri əsasında qüvvəyə minən Konstitusiyamızda Azərbaycan Respublikası dünyəvi, demokratik, hüquqi dövlət kimi təsbit edilib. Konstitusiyada ölkə həyatının bütün sahələrinin, o cümlədən mətbuatın fəaliyyətinə yönəlik fundamental müddəalar öz əksini tapıb. Əsas Qanunumuzun “Məlumat azadlığının təsbit olunması”nı ehtiva edən 50-ci maddəsi 1992-ci ildə qəbul edilən “KİV haqqında” Qanunun praktikliyini əhəmiyyətli dərəcədə gücləndirdi.
1998-ci il avqustun 6-da mərhum prezident Heydər Əliyev “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu Fərman Azərbaycanda sovet dövründən mövcud olan və müstəqilliyin ilk illərində də qüvvədə qalan bir sistemin kökündən dəyişdirilməsi demək idi. Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən növbəti addımı 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna edilmiş dəyişiklikləri təsdiqləməsi oldu. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. Eyni zamanda, “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olundu.
Bu gün isə əminliklə demək olar ki, mətbuat ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə gün-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir. Ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən tədris və maarifləndirmə sahəsində mühüm rol oynayır. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində mühüm rol oynayırlar.
Müstəqillik dövründə ölkəmizdə insan hüquq və azadlıqlarının təməl prinsipləri sırasında olan fikir, söz və ifadə azadlığının, plüralizmin təmin edilməsi sahəsində mühüm addımlar atılıb, bu zamana qədər kütləvi informasiya vasitələrinin inkişafı üçün vacib tədbirlər görülüb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması haqqında” 12 yanvar 2021-ci il tarixli Fərmanı bu çərçivədə xüsusi önəm kəsb edir.
MEDİA-nın Nizamnaməsində kifayət qədər geniş spektri əhatə edən fəaliyyət istiqamətləri öz əksini tapıb. Agentlik ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini, infrastrukturun modernləşdirilməsini, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir. Eyni zamanda, yeni yaradılmış qurumun Nizamnaməsində dövlətin informasiya siyasətinə dair məsələlər də təsbit olunub.
Medianın mövcud maddi vəziyyəti ilə bağlı Demokratik Jurnalistlər Liqasının sədri, Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri Yadigar Məmmədli öz fikirlərini Yenicag.az-la bölüşüb.
O, bildirib ki, mətbuatın inkişafı üçün lazımi addımlar atılsa da, iqtisadi asılılığın aradan qaldırılmasına hədəflənmiş proqramların icrasına ehtiyac var:
“Əslində, 44 günlük müharibə ilə həm də mətbuatın mövcud vəziyyətini dəyərləndirmək mümkün oldu. Ümumi şəkildə vəziyyətin sabit olduğunu söyləyə bilərik. Ümumiyyətlə, mətbuatın inkişafında media orqanları və jurnalist təşkilatları fəal iştirak etməlidirlər. Jurnalist təşkilatlarının fəaliyyəti ölkədə güclü jurnalistlərin say çoxluğu şəraitində daha effektli olur. Bu təşkilatlar jurnalistlərin peşəkarlığının artırılması və sahəvi qanunvericiliyin təkmilləşdirilməsində xüsusi əhəmiyyətə malikdirlər.
Təssüf ki, ölkəmizdə jurnalist təşkilatlarının sayı azdır. Yaxşı olar ki, jurnalist təşkilatları media üçün aktual layihələri davamlı olaraq həyata keçirsinlər. Həmçinin mətbuat azadlığının təminatında iqtisadi asılılıq aradan qaldırılmalıdır. Bazar münasibətləri inkişaf etdirilməli və monopoliyalara son qoyulmalıdır. Əlbəttə, bu gün medianın inkişafı üçün müəyyən addımlar atılır. Lakin istənilən səviyyəyə çatmaq üçün qarşıda görüləsi işlər çoxdur. Ümid edirəm ki, media sahəsindəki mövcud problemlər zamanla aradan qaldırılacaq”.
www.yenicag.az
17:46 / 17-05-2024
Qazaxda 18 may – Beynəlxalq Muzeylər Günü qeyd olundu
13:30 / 17-05-2024
YAP Qazax rayon təşkilatının Qazax rayon İcra Hakimiyyəti ilə birgə “Dünya tarixində iz qoymuş Nadir Şəxsiyyət” mövzusunda növbəti tədbiri keçirildi
13:18 / 17-05-2024
Qazaxda iki nəfəri qanunsuz işlədən şirkət böyük məbləğdə cərimələnib
12:56 / 17-05-2024
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
12:53 / 17-05-2024
“Molokan” bağına giriş bağlandı
12:44 / 17-05-2024
Azərbaycanda yeni vergi növü tətbiq olunacaq
12:35 / 17-05-2024
Arayışlar üçün gözlədiyimiz növbələrə rəqəmsal platformalar son qoyur
12:33 / 17-05-2024
Hindistanda azı 12 nəfər ildırım vurması nəticəsində həyatını itirib
12:32 / 17-05-2024
Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
12:30 / 17-05-2024
Çində dünyanın ilk ixtisaslaşmış gəmisi inşa edildi
12:23 / 17-05-2024
“Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”
12:21 / 17-05-2024
Azərbaycanda rejissor 41 yaşında vəfat etdi
12:19 / 17-05-2024
“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi
12:15 / 17-05-2024
Bu şəxslər məcburi dövlət genom qeydiyyatından keçiriləcək
12:04 / 17-05-2024
Şakiranın daha bir mahnısı futbol yarışının himninə çevriləcək
12:02 / 17-05-2024
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
11:59 / 17-05-2024
Yerə oxşayan yeni planet aşkarlandı
11:57 / 17-05-2024
Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı
11:49 / 17-05-2024
Bakıda 15 yaşlı qız özünü binadan atdı
11:46 / 17-05-2024
Ərdoğan bu generalları əfv etdi
11:43 / 17-05-2024
Çində taksilərlə bağlı yenilik: Sürücüsüz idarəetmə
11:27 / 17-05-2024
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
09:28 / 17-05-2024
"Bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq" - Anar Nəbiyev
13:29 / 16-05-2024
Mayın 26-da qəbul imtahanları keçiriləcək
13:27 / 16-05-2024
“Ağ çiçəyim” yanğından sonra...
13:23 / 16-05-2024
Vəzifəli şəxs cinayət başında yaxalandı
13:21 / 16-05-2024
Bakıda dörd dost ağır qəzaya düşdü: Biri öldü
13:13 / 16-05-2024
Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlandı
13:10 / 16-05-2024
Paşinyan Azərbaycanla imzalanan protokolu böyük uğur adlandırdı
13:08 / 16-05-2024
Gürcüstandan quru yolla keçmək istəyən 10 nəfər saxlanılıb
13:06 / 16-05-2024
Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı
Mətbuat azadlığını əngəlləyən İQTİSADİ ASILILIQ: “Bu sahədə istənilən səviyyəyə çatmaq üçün...” - ŞƏRH
Bölməyə aid digər xəbərlər
“Jurnalist təşkilatlarının fəaliyyəti ölkədə güclü jurnalistlərin say çoxluğu şəraitində daha effektli olur”.
Tarix: 24-11-2021, 15:42 Oxunub: 192
Bölməyə aid digər xəbərlər
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
2-07-2021, 13:31
QANBAYEVLƏR nəslinin “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!
1-03-2021, 09:10
Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata inzibati amirlik üsullarının gətirilməsi nəyə xidmət edir?
24-02-2021, 18:47
Vahid vəsiqə nə vəd edir?
19-01-2021, 09:19
QAN YADDAŞI...- 20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
17-01-2021, 17:15
Ordusu olmayanOrdusu olmayan ölkələr: Onları kim və necə qoruyur?
2-01-2021, 11:14
Ərdoğanla İlham Əliyevin sünni məscidində namaz qılmasının ŞOK SƏBƏBLƏRİ - "EADaily"
22-12-2020, 13:20
Həsən Həsənov: "Tarix təcavüzkara qarşı öz hökmünü verir"
18-09-2020, 16:11
"İlin əvvəlindən banklara 1 milyard manat likvidlik dəstəyi verilib"
18-09-2020, 16:08
Mərkəzi Bank faiz qərarını açıqladı
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
15-08-2020, 09:05
Spiker seçicilərinin müraciətlərini dinlədi - FOTO
27-07-2020, 23:22
Prezident su ehtiyatları ilə bağlı Tədbirlər Planını təsdiqlədi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 21:04
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı ildən-ilə gücləndirilir
22-07-2020, 19:54
Milli mətbuatımızın yaranmasından 145 il keçdi - VİDEO
22-07-2020, 10:19
Azərbaycan milli mətbuatının 145 yaşı olur
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi