Xalqxeber.Az xəbər portalının 12 yaşı tamam olur

     Bu gün "Xalqxeber.Az"  xəbər saytının 12 yaşı tamam olur.
     Sayt 2012-ci il martın 5-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb.
     "Xalqxeber.Az" saytı günün 24 saatı işləyir.
     Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran "Xalqxeber.Az" portalı geniş oxucu auditoriyasına malikdir. 
      Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur.
    "Xalqxeber.Az" saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb.
Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb.
      Bu ötən illər ərzində oxucularına hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışıb.
Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində  "Xalqxeber.Az" Azərbaycanın media məkanında özünün layiqli yerini tutub. 
    ATİA.AZ" saytının kollektivi adından  "Xalqxeber.Az" portalının əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edir, daha böyük uğurlar arzu edirik.


Tarix: 5-03-2024, 12:30 Oxunub: 588


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31