01 fevral 2024-cü il tarixdə qarşıdan gələn növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Qazax rayon təşkilatının inzibati binasının iclas zalında seçicilərlə görüş keçirildi. Görüşdə 90 nəfər seçici iştirak edirdi.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax rayon təşviqat qrupunun üzvlərindən Bəsdi Ələkbərova, İsgəndər Qurbanov, Kazım Kazımlı, Qədir Əfəndiyev, Pəri İbrahimova, seçicilərdən Qasım Əliyev, Müslüm Məmmədov çıxış etdilər. Natiqlər Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 20 illik prezidentliyi dövründə əldə olunan uğurlardan, nailiyyətlərdən, qazanılan qələbələrdən, möhtəşəm Zəfərdən ətraflı bəhs edərək, 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə və Qalib Xalqın Qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında başa çatdı.
Bölməyə aid digər xəbərlər