21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Şəhid ailəsi Qazax mərkəzi xəstəxanasından qovuldu

    Bu məsələdə yenə də bütün məsuliyyət TƏBİB-in sədri Vüqar Qurbanovun üzərinə düşür.  Maraqlıdır ki,  sədrin yaşı 70-ə çatan Qazax rayon mərkəzi xəstəxananın baş həkimi Sevda Məmmədovanın əmək fəaliyyətində nəyi xoşuna gəlib? MMC-lərlə işləməsimi, hardan gəldi kadrların yerləşdirilməsimi, vətəndaşlardan qaçmasımı, həyat şəraitini dəbdəbəli keçirməsimi, şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutmasımı və eyni ilə digər məsələlər...
    Rayon əhalisi də yaxşı bilir ki, Sevda Məmmədova Qazax səhiyyəsinə müdirlik üçün   sona çatmış  kadrdır. Təəssüflər ki, respublikanın bir sıra rayonlarında dəyişiliklər edilsə də bu məsələ Qazax üçün hələ ki kölgədə qalıb. Yəqin ki, TƏBİB-in sədri ictimai qınağın kordinatlarını nəzərə alaraq pianinonun son akkordunu özü vuracaq.
    ...Mərkəzi xəstəxanaya iş üçün gündə birinin əmrini verən Sevda Məmmədovanın “bazar” açdığını eşidən antiterror əməliyyatı zamanı vətən üçün canından keçərək şəhid olan Əhmədov Elvin Qələndər oğlunun valideyni Təranə Əhmədova da qızı üçün münasib işə görə Sevda Məmmədovanın qəbuluna güc-bəla ilə düşməli olur. Yalançının şahidi yanında olan kimi, Sevda Məmmədovanın otağında hər şeydə pərgar olan xəstəxanada ötkəmsözlü Rövşən adlı işçi də olur. Təranə Məmmədovanın qızı üçün  münasib işlə əlaqədar gəldiyini bilən kimi, Rövşən və Sevda xanımın hay-küyü dünyadan çıxır ki, “ Ştat var ki? Biz  elə bildik ki, hansısa bir cüzi işlə bağlı gəlmisiniz. Belə bilsəydik sizi heç qəbul etməızdik”. Nəticədə, şəhid ailəsinin tezliklə otağı tərk etməsini tələb edir və istədiklərinə də nail olurlar. 
     Görəsən, Sevda Məmmədova şəhid ailəsini otağından qovmaq kimi bir cəsarəti haradan alıb?  Bəs ölkə başçəsı İlham Əliyevin şəhid ailələri, qazilər və  müharibə iştirakçıları üçün həmişə dilə gətirdiyi dəyərli sözlərdən Məmmədova bu günə kimi nəticə çıxarmayıbmı? Əgər Sevda Məmmədova bir anlıq özünü şəhid ailəsinin valideyninin yerinə qoysaydı və otaqdan qovulsaydı o zaman hansı hissləri keçirərdi?
    Ən nəhayət, şəhid ailəsinə olan bu cür yanaşmanın günahı,  yenə də Sevda Məmmədovadan çox onu nəyinsə hesabına orada müdir kimi saxladanların, o cümlədən TƏBİB-in sədri Vüqar Qurbanovun üzərinə düşür.
    Qarşı tərəfin də fikrini dinləməyə və dərc etməyə hazırıq.
                                                                                       
   Elnur Sadiq


Tarix: 6-12-2023, 20:23 Oxunub: 766


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?