Baş redaktor həbs edildi

“Yaşıl elm” platformasının baş redaktoru Taryel Abdullayev həbs edilib.
APA xəbər verir ki, Taryel Abdullayev dələduzluqda ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3. 178.2.4-cü (dələduzluq) maddələri ilə ittiham verilib.
İş üzrə 4 nəfər zərərçəkən şəxs var. Taryel Abdullayev həmin şəxslərə xaricdə təhsil almaq adı ilə dələduzluq etməkdə ittiham olunur.
Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə Taryel Abdullayev barəsində həbs qətimkan tədbiri ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Məhkəmə vəsatəti təmin edib və Taryel Abdullayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Taryel Abdullayev bundan sonra məhkəməyə barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsi ilə bağlı müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib.


Tarix: 25-05-2023, 11:53 Oxunub: 565


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930