Qazaxda “Heydər Əliyev və muzeylərimiz” mövzusunda tədbir keçirildi

 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü çərçivəsində  18 may   Beynəlxalq Muzeylər Günündə YAP Qazax rayon təşkilatı  “Heydər Əliyev və muzeylərimiz”  mövzusunda tədbir keçirdi.     
    Rayon təşkilatı Aparatının işçiləri və fəalları Qazax Tarix – Diyarşünaslıq muzeyini ziyarət edərək   Ümummilli Lider Heydər Əliyevin və  Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələrə, rayonun təbiətini və tarixini  əks etdirən eksponatlara, torpaqlarımızın işğaldan azad olunmasında canından keçərək Şəhidlik zirvəsinə yüksəlmiş Müqəddəs Şəhidlərimizə həsr olunmuş guşələrə, təbiət, arxeologiya, qədim daş dövrü, orta  əsrlərvə "bəy evi" bölmələrinə  baxdılar.
    Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirdi ki, Azərbaycanda milli - mənəvi dəyərlərimizə,   o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və    milli - mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada bu sahədə həyata keçirilən 
 müvafiq tədbirlərin genişləndirilməsini, onun maddi - texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayıb.   Ulu Öndərimizin şəxsi təşəbbüsü ilə tarixi şəxsiyyətlərin memorial - xatirə, mənzil, bölgələrdə tarix - diyarşünaslıq muzeyləri yaradılmışdır.
 YAP Qazax rayon təşkilatının sədri Ümummilli Liderimiz tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş siyasətin bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı və xoş arzularını bildirdi.


Tarix: 18-05-2023, 17:37 Oxunub: 369


Bölməyə aid digər xəbərlər


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031