11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Ov tüfəngi ilə kürəkənini qətlə yetirdi - VİDEO

  Azər Cəfərov ov silahından 3 dəfə atəş açaraq, kürəkəni Rəşad Məmmədovu qəsdən həyatdan məhrum edib. Hadisə dekabrın 12-də Mərdəkanda baş verib. 
    Azər Cəfərov bildirib ki, Rəşad Məmmədov onun qızı Nigarın əri olub. Toylarından bir müddət sonra Rəşadın narkotik vasitələr və spirtli içkilər qəbul etməsini bilib. Müalicə olunması üçün o və Rəşadın öz valideynləri nə qədər çalışsalar da, müsbət nəticə olmayıb. 2010-cu ildə qızı boşanma ərizəsi ilə məhkəməyə müraciət edib, amma onların müdaxiləsindən sonra yoldaşı ilə barışıb. 
     Sonuncu dəfə 2020-ci ilin oktyabr ayında evdə dözülməz şərait yaratdığına görə Nigar boşanmaq üçün yenidən məhkəməyə müraciət edib. Həmin vaxtdan qızı övladları ilə birlikdə köçüb, onun şəhərdə olan mənzilində yaşayıb. Rəşad həftədə 2-3 dəfə gələrək, uşaqları ilə görüşüb. Dekabrın 12-də kürəkəni zəng edib, aqressiv şəkildə harada olmasını soruşub, o da Mərdəkanda, bağ evində olduğunu deyib. Bir azdan Rəşad yanına gəlib. Həyətdə səs-küy salmasından ehtiyat edib, onu evə dəvət edib. Söhbət edərkən, ona uşaqları ilə görüşmək üçün heç kəsin maneə yaratmadığını başa salmağa çalışıb. Lakin kürəkəni onun sözlərinə əhəmiyyət verməyib, aqressiv şəkildə onu alçaltmağa çalışıb, ünvanına nalayiq ifadələr işlədib. Ona cavab qaytarmayıb, düşünüb ki, sakitləşib, xoşluqla çıxıb gedəcək. Amma Rəşad daha da qızışaraq onu və ailə üzvlərini söyüb, öldürməklə hədələyib. Rəşad ayağa qalxıb, həyətə çıxanda, onun arxasınca gedib. Sakitləşməyən kürəkəni ölən atasını söyəndə, artıq buna dözməyib. Evdən tüfəngi götürüb və bundan sonra nə baş verdiyini xatırlamır. Sanki bağbanın səsinə ayılıb. Görüb ki, əlindəki tüfəng yerə düşüb, Rəşad isə yerdə uzanıqlı vəziyyətdə qalıb. Bağbana təcili tibbi yardıma zəng etməsini bildirib, özü isə polisə zəng edib. 
    Məhkəmə iclasında Azər Cəfərov özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.


Tarix: 1-03-2023, 14:21 Oxunub: 185


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı