Azərbaycanda hərbçilərin olduğu maşın QƏZAYA DÜŞÜB.. - Yaralılar var

         Goranboyda hərbi maşın qəzaya uğrayıb.
    Hadisə dünən günorta saatlarında Xan Qərvənd kəndində baş verib. Hadisə zamanı bir neçə hərbçinin yaralandığı bildirilir.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı təsdiq edib: -
    “Bu gün saat 16:00 radələrində N saylı hərbi hissəyə məxsus “QAZ 52” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Daha sonra Xan Qərvənd kənd sakini Raqif Hüseynova məxsus “VAZ 21099” markalı avtomobillə toqquşub. Hadisə zamanı mülki avtomobilin sürücüsü xəsarət almayıb. Hərbi avtomobildə olan 7 nəfər hərbçi müxtəlif dərəcəli xəsarətlər alaraq hospitala yerləşdirilib”.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 12-11-2022, 09:47 Oxunub: 479


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31