11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Gəncədə ana olan 16 yaşlı qız həkimləri necə aldatmaq istədi?

Gəncə şəhərində 16 yaşlı qız ana olub.
Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib. 
Belə ki, şəhər sakini A.B. Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanasında doğum edib. 
16 yaşlı qız 2020-ci ildə ailə həyatı qurub. 
“Gəncədə 16 yaşlı qızın ana olması ilə bağlı araşdırma aparılır”  - bu barədə  Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.
O qeyd edib ki, Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb və məsələyə hüquqi qiymət veriləcək. 
Qeyd edək ki, ana və uşağın vəziyyəti normal qiymətləndirilir.
 Həmçinin Gəncə Birləşmiş Xəstəxanası Publik Hüquqi Şəxsin Gəncə Perinatal Mərkəzi tərəfindən 16 yaşlı qızın ana olması ilə bağlı açıqlama verilib. 
Mərkəzin baş həkimi Sevda Hüseynova  açıqlamasında bildirib ki, hamilə qadın xəstəxanaya daxil olan zaman üzərində şəxsiyyət vəsiqəsi olmayıb və o, 2003-cü il təvəllüdlü olduğunu bildirib:
“Gəncə şəhər sakini A.B. aprelin 9-da saat 00:42-də ağır vəziyyətdə, 40 həftəlik hamiləlik diaqnozu ilə mərkəzə daxil olub. Xəstənin vəziyyəti ağır olduğu üçün dərhal cərrahi əməliyyata alınıb. Daha sonra xəstə qeydiyyata alınan zaman onun elektron sistemdə 16 yaşı olduğu məlum olub. Xəstə özü bilərəkdən təvəllüdünü gizlədib. Məsələ aydınlaşdıqdan sonra dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib”.
S.Hüseynova qeyd edib ki, 16 yaşlı ana cərrahiyyə əməliyyatı olunub, dörd kiloqram çəkidə, 52 sm boyunda qız uşağı dünyaya gətirib:
“Hazırda ananın və körpənin vəziyyəti stabildir. Xəstə Gəncə şəhər sakini olsa da, doğum üçün Samux rayonuna müraciət edib. Daha sonra o, həkim müşayiəti ilə mərkəzə gətirilib. Ananın 110 kiloqram çəkisi var. O, zahiri görkəmilə həkimləri aldatmağa çalışıb”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də Gəncə şəhərində yeniyetmə qızın ana olması ilə bağlı fakta münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, 16 yaşlı qızın ana olması ilə bağlı məlumat araşdırılıb:
“Təəssüf ki, fakt öz təsdiqini tapdı. Erkən nikah və onun fəsadları barədə kifayət qədər maarifləndirici tədbirlər görülsə də, görünür, hələ də bu kimi məsələlərə etinasız yanaşanlar var. Dövlət Komitəsinə daxil olan məlumata görə, yetkinlik yaşına çatmayan qız xəstəxanaya aparılarkən ağır vəziyyətdə olduğuna görə həyatı təhlükə altında olub”.
T.Mərdanoğlu bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək.



Tarix: 11-04-2022, 11:40 Oxunub: 885


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı