Azərbaycanda sabiq polis rəisinin intihar xəbəri yayıldı- AÇIQLAMA



Sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin sabiq rəisi Şirzad Əsgərovun intihar etməsi barədə xəbərlər yayılıb.

İddia edilir ki, sabiq rəisin intiharı qalmaqallı “Nərmin işi” ilə bağlıdır.

Məsələ ilə bağlı sabiq rəis Şirzad  Əsgərov  açıqlama verib.

Ş.Əsgərov bu cür məlumatların hansı məqsədlə yayıldığı haqda fikir bildirmək istəməyib.

Amma qeyd edib ki, azyaşlı Nərminin qətli ilə bağlı hazırda davam edən məhkəmə araşdırması yekunlaşdıqdan sonra barəsində həqiqətə uyğun olmayan məlumatlar yayan şəxslər barəsində məhkəməyə müraciət edəcək.

Ş.Əsgərov əlavə edib ki, məhkəmə qanuni hökmünü çıxarana qədər bu mövzu ətrafında danışılan fikirlərə münasibət bildirmək olmaz: “Polis rəisi olsan belə istintaq orqanının işinə qarışa bilməzsən. Buna imkan belə verməzlər”.

Musavat.com


Tarix: 30-07-2022, 09:09 Oxunub: 269


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031