11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Dalana dirənmiş məhkəmə işi: - Nərmin işi istintaqa qaytarılmalıdır

“Nərmin işi xüsusi amansızlıqla törədilən cinayətdir. İstintaqın dərinliklərini bilmirəm, sadəcə mətbuatda dərc olunan prosessual hərəkətləri oxumuşam. Amma qənaətim budur: istintaqın yenilənməsi üçün kifayət qədər əsaslar var” - bunu mövzu ilə bağlı  kriminalist Şəmsəddin Əliyev bildirib.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən və yanmış meyiti 2020-ci il yanvarın 6-da Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində aşkar edilən 10 yaşlı Nərmin Quliyevanın işi üzrə məhkəmə artıq 2 ildən çoxdur ki, davam edir. Cinayət işi üzrə İlkin Süleymanov təqsirləndirilən şəxs qismində saxlanılsa da, onun cinayət əməli hələ də sübuta yetirilməyib. Məhkəmədə hər iki tərəfin şahidləri və qohumları dindirilir, bu zaman ifadələrdə ziddiyyətlər müşahidə olunur.

Nərmin Quliyeva işi niyə dalana dirənib?

Bu sualın cavabında kriminalist Şəmsəddin Əliyev qeyd edib: “2 ildir bu hadisə ilə maraqlanıram. Çox ağır hadisədir. O zaman da demişdim ki, xüsusi amansızlıqla törədilən cinayətlər üçün ölüm hökmü tətbiq olunmalıdır. Çünki cəzasızlıq mühiti digər ağır cinayətlərin törədilməsinə şərait yaradır. “Nərmin işi” xüsusi amansızlıqla törədilən cinayətdir. İstintaqın dərinliklərini bilmirəm, sadəcə mətbuatda dərc olunan prosessual hərəkətləri oxumuşam. Amma qənaətim budur: istintaqın yenilənməsi üçün kifayət qədər əsaslar var.Bu fikirləri həm oxuduqlarıma, həm də ictimai rəyə istinadən deyirəm, çünki bəzən ictimai rəy, söylənən fərziyyələr prosessual hərəkətlər üçün əsas yaradır. O baxımdan məhkəmə işi, müəyyən prosessual tapşırıqlarla geri qaytarmalı və istintaqçılar işi zərgər dəqiqliyi ilə araşdırmalıdır”.
Ş.Əliyev bildirib ki, məhkəmənin qanunu hökmü qüvvəyə minmədən İlkin Süleymanova “cinayətkar” demək olmaz: “Nə qədər ki, məhkəmə hökm çıxarmayıb, istintaq ona həmin maddə ilə məsuliyyətə cəlb etsə də, onu təqsirləndirsə də, təqsirli sayılmamalıdır. Amma bu o demək deyil ki, onun cinayət işində əli yoxdur. Bu, istintaqın tamamilə yanlış fərziyyə əsasında qurulduğunu göstərir. İlkin Süleymanov cinayət əməli doğrudan da sübuta yetirilmirsə, hətta şübhəli əsaslar varsa, CM-in 63-cü maddəsi onu məsuliyyətdən azad edir. 63-cü maddədə deyilir: “Hətta şübhəli əsaslar varsa belə, o təqsirli hesab edilə bilməz”.
Ehtimal edirəm ki, istintaq peşəkarcasına aparılmayıb. Əgər istintaq incəliklərinə qədər düzgün aparılsaydı, vəziyyət belə olmazdı. Bu o deməkdir ki, sübutlar yetərincə onun sifətinə çırpılmayıb. İttihamlar kifayət qədər əsaslı olsaydı, o əllərini qaldırıb təslim olardı. Ona görə məhkəmə istintaqından görünür ki, ittihamçılar məhkəməyə yetərli sübutlar təqdim edə bilməyib. Bu, həbsdə olan şəxsin bəraət alması üçün şərait yaradır.
  İlkin Süleymanova elan edilən ittiham sübuta yetirilmirsə, o, sərbəst buraxılmalıdır. Əgər sərbəst buraxılırsa, həmin istintaq da, o ittihamı təsdiq edənlərin hər biri haqqında məsuliyyət məsələsi ortaya çıxır”.
 Kriminalist qeyd edib ki, zərərçəkən tərəfin düşündüyü istintaq üçün əhəmiyyət daşımasa da, məhkəmə üçün əhəmiyyətlidir: “Ola bilsin, ittiham olunan tərəf istintaqda hər şeyi etiraf edib, lakin məhkəmədə təkzib edir, bu normaldır. Cinayət prosessual qanunvericiliyi ilə bu mümkündür. Məhkəmə istintaqında həqiqət ortalığa çıxmalıdır. Ola bilər ki, bu ifadələri təzyiq altında veriblər. Buna görə də, məhkəmə verilmiş ifadələr əsasında, yeni fərziyyələr əsasında ittiham irəli sürməlidir. Yəni hakim üçün işi geri qaytarmaq üçün kifayət qədər səbəblər yaranır.
Təbii ki, hakimin hüquqşünas düşüncəsi mühümdür. Antik dövrdən qalan bir kəlam var: “Mənə məcəlləni yox, hakimi göstərin”, çünki son məqamda hökmü çıxaran və ya bəraət verən, yaxud işi təkrar istintaqa göndərən hakimdir”.

Tarix: 14-04-2022, 12:10 Oxunub: 309


Bölməyə aid digər xəbərlər