11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Həkimin məzuniyyəti bir il çəkir... - Qazax rayon Müalicə Diaqnostika Mərkəzində...

Qazax boyda rayonun SƏHİYYƏSİNDƏ cəmi bir dənə KT aparatı var, onu da işlədən həkim məzuniyyətə çıxıb. İnsanlara deyirlər həkim məzuniyyətdən gələnə kimi çalışın həyatda qalın.
Rentgen aparatı da xarabdır, bir-iki günə düzələr.
Belə vacibdirsə, gedin Tovuza.
Gəl ay kəndli, borcdan-zaddan tap, düş xəstə halda yollara...
Həkim də məcbur təzyiq aparatının qulaqcığı ilə "pnevmaniya" diaqnozu qoyub, müalicə başlayır. 
 Milyonluq təmirdən təzə çıxıb, bir insana xeyri dəyməyəcəksə, o boyda xərci nəyə görə çəkirsiz?!

Onuda qeyd edim ki, Qazax rayon Müalicə  Diaqnostika Mərkəzində KT aparatını işlədən Fərhad doktor ilin il boyu xəstəxanada olmayıb. Nə vaxt lazım olanda deyirlər məzuniyyətdədir. Bir ay bundan öncə zəng vurmuşam, dedilər məzuniyyətdədir. Bir neçə gün bundan öncə zəng vurmuşam, dedilər yenə  məzuniyyətdədir. 
Yəqin ki, bir illik məzuniyyət götürüb?

Cənab Prezidentin sərəncamı ilə insanların sağlamlığının daha da yaxşı olması, onların sağlam yaşaması üçün digər bölgələrdə  olduğu kimi,  Qazax rayonunda da dəyəri milyonlarla ölçülən xəstəxanalar tikililib insanların intifadəsinə verilmişdir!  Çox təssüflər olsun ki, istər  Qazax rayon Müalicə Diaqnostika Mərkəzində, istərsə də Qazax rayon Mərkəzi Xəstəxanasınında Qazax sakinləri ya həkim sarıdan əziyyət çəkir, ya da ki, aparatların olduğu halda həmin aparatların işləməməsindən əziyyət çəkir! 

Ölkə başçısının Qazax rayon  sakinləri üçün yaratdığı bu gözəl şəraitdən Qazax sakinləri niyə istifadə edə bilməyib ya Gəncə şəhərinə,  ya da ki, Bakı şəhərinə üz tutmalıdır? 

İnanırıq ki, aidiyyəti qurumlar bu məsələni yaxından araşdıraraq aidiyyəti olan şəxslərə öz ciddi tapşırıqlarını verəcəkdir!

Elnur Quliyev, ATİA.AZ


Tarix: 24-02-2022, 13:43 Oxunub: 693


Bölməyə aid digər xəbərlər