11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin sabiq rəisi və işçilərinə hökm oxundu... Məsləhətçi zalda həbs edildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi Anar Poladov, həmin şöbənin sabiq baş məsləhətçisi Səbuhi Rzayev və Afiq İbayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesdə hökm oxunub.
Hökmə əsasən, Anar Poladov və Səbuhi Rzayev hərəsi 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Afiq Babayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinin birgə yaydığı məlumata əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Anar Poladov və həmin şöbənin baş məsləhətçisi olmuş Səbuhi Rzayev iş başında rüşvət alan zaman saxlanılıblar.

Yayılmış görüntülərdə A. Poladov və S. Rzayevin vətəndaşdan rüşvət aldıqları əks olunub.

İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində sentyabrın 2-də hər iki şəxs 1 000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Anar Poladov və Səbuhi Rzayev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq dövründə Afiq İbayev də istintaqa cəlb edilib


Tarix: 6-12-2021, 17:37 Oxunub: 293


Bölməyə aid digər xəbərlər