16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Abşeronun sabiq baş memarının həbs müddəti artırıldı

Binəqədi Rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək, həbs edilən Abşeron Rayon İcra Hakimiyyətinin sabiq baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədovun barələrində olan həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.
Əldə etdiyimiz məlumata görə, prosesdə vəsatətlər təmin edilib və hər iki şəxs barəsində seçilmiş həbs-qətimkan müddəti uzadılıb.

Xatırladaq ki, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri – rayonun baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədov ötən il iyunun 23-də rüşvət alarkən saxlanılıb və hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində dörd ay müddətə həbs-qətimkan tədbiri seçilib.


Tarix: 11-01-2021, 12:01 Oxunub: 677


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031