Afiq Qulamlı 1996-cı il dekabrın 24-də Xırdalan şəhərində dünyaya göz açmışdır. Dəmirçi ailəsində dünyaya gələn Afiq ailənin sonbeşiyi idi. Onun Vətən sevgisi uşaq yaşlarından hiss edilirdi. Məktəbdə keçirilən tədbirlərdə o hər zaman əsgər rolunda çıxış edirdi.
Təhsilini Xırdalan 9 saylı məktəbdə alan Afiq məzun olduqdan sonra 2015-ci ildə hərbi xidmətə yollanmışdır. Silahlı Qüvvələrin N saylı hərbi hissəsində xidmət edən Afiq Hərbi xidmətdə olduğu zaman Aprel döyüşlərinin iştirakçısı olmuşdur. O, yaşının az olmasına baxmayaraq döyüşlərdə böyük şücaət göstərmişdir.
Əsgərlikdən qayıtdıqdan sonra ailəsinə dəstək olmaq üçün Bakıda fəaliyyət göstərən enerji içkiləri şirkətlərin birində "Operator" vəzifəsində çalışmışdır. Operator olmasına baxmayaraq Afiqin ürəyi səngərdə qalmışdı. O, tez-tez dostlarına “kaş mən də hərbiçi olardım” deyirdi. Hərbi formada olan zabitləri gördükdə heyfislənər, dərindən bir ah çəkirdi.
General Polad Həşimovun şəhadətə yüksəlmə xəbəri Afiqi ordu sıralarına könüllü yazılmağa sövq etmişdir. Xalqın Həşimova olan sevgisi Afiqdə "şəxsiyyət kimi tarixin yaddaşında yaşamaq" arzusunu yaratdı. Ordu sıralarına könüllü yazılan gənc qəhrəman 21 Sentyabrda səfərbərlik xidməti tərəfindən təlimlərə çağrılmışdır.
O xəbəri alan kimi yeməyini yarımçıq qoyub, bir an belə tərəddüd etmədən böyük bir şövqlə təlimlərə qoşulmuşdur.
Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən qəhrəman snayper gülləsinə tuş gələn tibbi maşını xilas etmək üçün 4 yoldaşı ilə birgə özünü alovun içinə atmışdır.
Dəfn məsarisimindən sonra Şəhidin ailəsinə başsağlığı verməyə gələn qazi yoldaşları Afiqin igidliyindən ağızdolusu danışırlar. Yaşının az olmasına baxmayaraq, könüllü yazılmasından bir an belə peşmanlıq duymadığını və sanki bir zabit təki yoldaşlarını həvəsləndirdiyini qeyd edirlər.
Onlardan biri Kamal Hüseynov döyüşlərdə Afiqlə çiyin-çiyinə vuduşduğunu və övladı olduğu üçün Afiqin onu dəfələrlə qorumağa çalışdığını bildirir.
Füzuli uğrunda gedən döyüşlərdə Kamal yaralanarkən Afiq təhlükəni nəzərə almayaraq sürünərək yoldaşının yanına getmək istəsə də, Kamal ona mane olmuşdur. Kamal qeyd edir ki, Afiq ona " Sən qabaqda döyüşmə sənin körpə balan var, mən subayam mənə bir şey olmaz" deyirmiş. Gülləsi bitdiyi zaman öz həyatını düşünmədən gülləsinin yarısını yoldaşı ilə bölüşən Afiq döyüşlərdə qorxmazcasına vuruşmuşdur. Xəstəxanaya aparıldıqdan sonra döyüş yoldaşından narahat olan və onun şəhid olduğunu zənn edən Afiq dostu ilə telefon danışığında çox böyük təəssüf hissi ilə Kamal haqqında danışmışdır.
Əfsuslar olsun ki, belə cəsur, igid qəhrəman Afiq Qulamlı Fərhad oğlu 19.10.2020 tarixində şəhadətə yüksəlmişdir.
Şəhidin nəşi oktyabrın 24-də gecə saatlarında ailəsinə təhvil verilmiş və bir gün sonra Xırdalan Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Abşeron torpağının igid oğlu- şəhid Afiq Qulamlı.... Çox tələsirdi, çox sevinirdi müharibəyə getməyinə görə, hətta könüllü yazıldıqdan sonra hansı gün çağırılacağını səbirsizliklə gözləyirdi... Bəli, Afiq Qulamov Vətən müharibəsinin könüllü əsgəri, vətənin isə ölməz şəhidi oldu!
Adın hər zaman fəxarətlə anılacaq, Şəhidim !!!
Ali baş komandanın əmri ilə Vətən Uğrunda medalı ilə təltif olunub. Əziz xatirən xalqımız üçün əbədi məşəl kimi daim könüllərdə yanacaq!!! QARABAĞ AZƏRBAYCANDIR ! ŞƏHİDLƏR ÖLMƏZ! VƏTƏN BÖLÜNMƏZ !
Bölməyə aid digər xəbərlər