Qazax rayon sakini Səbinə Xasayeva BDU-nun Qazax filialının rektoru Arif Rüstəmov və onun katibəsindən ATİA.AZ saytına şikayət ünvanlayıb.
Redaksiyamıza daxil olan şikayət-müraciəti olduğu kimi dərc edirik:
"Milli Məclisin sədri, xanım Sahibə Qafarovanın ünvanına işsizliklə bağlı məktub göndərmişdim. Milli Məclis sədrinin göstərişi ilə aidiyyətı üzrə baxmaq üçün məktub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinə göndərilib.
22 saylı ərazi Məşğulluq Mərkəzindən mənə Bakı Dövlət Universitetinin Qazax filialında boş vakant yer olduğunu (lobarant, əmək haqqı 285 manat) bildirdilər.
Məşğulluqdan gələn məktub üzərinə yollandım Bakı Dövlət Universitetinin Qazax filialına...
Qapıda istiliyimi ölçüb, COVID-19 pasportuma baxdıqdan sonra direktorun otağına getdim. Katibə məni görcək sinirləndi. İt kimi əlimi-ayağımı yeməyə başladı. Zəng edib mühafizəçilərinə məni binadan atmasını tapşırıb direktorun otağına keçdi . (orda nə etdilər bilmədim ) Sarı katibənin əmri ilə mühafizəçi məni müəllim çağırır deyərək çıxardı binadan. Ancaq sarı katibə mühafizəçi otağına zəng edib telefonda nəyə gəldiyimi sorğuladı. Soyuqda saatlarla çöldə gözlədim, əlimdəki məktubu mühafizəçi aparıb göstərdikdən sonra qaytardı ki, katibə deyir bizdə vakant yer yoxdur, kim deyib ki var?..
Halbuki o yerin satışa çıxarıldığını içəridə hər kəs bilir.
Məlumdur ki, 285 manatlıq işə 5000 manat şirinlik alanlar məşğulluğun göndərişini qəbul etməyəcək. Amma anlamıram ki, hələ də bu karusel oyunu kimə lazımdır.
Mən daha öncə də bir çox rektorun qəbulunda olmuşam, amma ilk dəfə idi ki, belə tərbiyəsizliklə qarşılaşırdım. Direktorun bir az qanacağı olsaydı adam kimi məni qəbul edib yalandan yer olsa səni çağıraraq desəydi, yenə dərd yarıydı... Dosent Arif Rüstəmov niyə katibəsinin arxasına gizlənir??? Nədən və kimdən qorxur??? Sanki işi mənim adlma alıb, maaş kartımı katibə xərcləyir...
Əgər pandemiyanı səbəb göstərirlərsə katibənin ağzında maskası belə yox idi.
Üstəlik mən qapıda gözlərkən vaksin vurmağa gələn iki tibb işçisindən birinin qızdırması vardı amma onu içəri tələbələrin arasına göndərdilər.
Deyəsən sadəcə direktorun həyatı qiymətlidir katibə üçün...
Katibəsinin ətəyinin altından çıxmayan Arif Rüstəmov, başa düş ki, alim olmaq asandır, adam olmaq isə çətin...
Kaş ki, təhsil sahəsində belə qudurub harınlamış məmurları görməyəydik.
Yaxşı ki, üzünü gördüm, sənin kimi əxlaqsız biri ilə əsla işləmərəm...
Sənə Sabirənlə uğurlar...
Səbinə Xasayeva"
Hazırladı: Elnur Quliyev
Bölməyə aid digər xəbərlər