11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
İşsizliyimin səbəbi təsadüf deyil, planlıdır... - QAZAX sakini şikayət edir...

ATİA.AZ-ın redaksiyasına Xasayeva Səbinə Rəfail qızı tərəfindən  ünvanlanmış şikayət məktubu daxil olub. Müraciətdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, müavinləri Məmməd Alıyevin, Gülayə Həsənovanın, Dövlət Məşğulluq Agentliyi 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri  Elçin Nəsibovun və digər məsul şəxslərin qərəzli əməllərindən bəhs olunur. Həmin müraciəti olduğu kimi dərc edirik:
  "Mən, Xasayeva Səbinə Rəfail qızı, 2003-cü ildə Gəncə Dövlət universitetinin Filologiya fakültəsinin  Azərbaycan dili və ədəbiyyatı ixtisasını Fərqlənmə diplomu ilə bitirmişəm.
İllərdir ki,işsizəm...
Rayon İcra Hakimiyyətinə, Məşğulluq Mərkəzinə dəfələrlə işlə bağlı müraciət etsəm də hələ də işlə təmin olunmamışam, sadəcə bir dəfə şəxsiyyətimi alçaltmaq üçün başçının müavini Gülaya Həsənova və Dövlət Məşğulluq Agentliyi 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri Nəsibov Elçin Qaz idarəsinə xadiməliyə layiq biliblər.
190 manatla bağlı müraciət etsəm də öncə verilib, sonra da bloklanıb. Açıqlama bu oldu ki, aztəminatlılıq meyyarına uymur.
Mən 2010, 2015, 2020-ci illərdə Parlament seçkilərində, 2014, 2019-cu il Bələdiyyə seçkilərində bitərəf namizəd kimi iştirak etməklə  özümü sınamaq istəmişdim. Tək müstəqill namizəd mən olsam da hər parlament seçkilərində ciddi təzyiqlərə məruz qaldım. Ailəm və yaxınlarım işdən çıxarılmaqla hədələndi. Son parlament seçkilərində isə başçının birinci müavini  Alıyev Məmməd, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev,  Alıyev Məmmədin yaxın dostu bərbər, MTN -ə insanları şərləyib yanlış məlumatlar verən, dostu sayəsində hazırda Qazax Rayon Mərkəzi Xəstəxanasının baş mühasibi işləyən Məmməd Həsrət oğlu mənə və ailəmə qarşı etmədikləri tərbiyəsizlik qalmadı. YAP dan çıxaracaqları ilə hədələdilər. Anam özünü öldürmək istəyirdi. Yaşadığı stress üzündən şəkər xəstəliyi tapdı.
"Başçı nə zibildir, əsas bizik, rayonda nə qədər sağam sən iş tapmayacaqsan" dedi...
Haqlı çıxdı və dediyini etdi...
Yəni işsizliyimin səbəbi təsadüf deyil,  planlıdır.
Təəssüf ki bu etdikləri sayəsində cəzalandırılmaq yerinə mükafatlandırıldılar.
Mənim atam, əmim, dayılarım bu torpaq uğrunda savaşıblar, amma mən bu ölkədə nə iş tapa bilmirəm, nə də namizəd ola bilmirəm. Mənim adımı belə o siyahıya çox görürlər.
Atam 1-ci Qarabağ müharibəsi Veteranıdır. 5 il səngərdə olub, sağlamlığını itirib, ürək xəstəsidir, aldığı təqaüd dərmanlarını ödəmir, adına torpaq belə yoxdur. Əliliyə görə bir neçə dəfə müraciət etsə də ala bilmədi. (10000 istədilər)
İmkanı olmadığı üçün də  məni işə qoya bilmədi.
Anam təqaüd alır, 37 il Kapital bankda işləyib. 2015-ci il seçkilərində müdür Mərdalıyev Paşa Bank sədri Allahverdiyev Rövşənin zəng edib namizədliyimi geri götürməyimi istədiyini dedi,  sonra da öz namizədliyini verdi.
2016-cı ildə bütün işçilər (11 işçi) işdən çıxarıldı, amma müdir  hələ də işləyir.
2010-cu il parlament seçkilərindən sonra isə keçmiş müavin Nağdalıyev Fərmana namizədliyimi geri götüzdümək qarşılığında icra başçısı tərəfindən obyekt hədiyyə edilib. Hazırda həmin obyekti  aptekə 2000 manata icarəyə verib.
Mənə də səni  Prezident Aparatından tapşırıblar dedilər.
Uzun illər işsiz qaldığım, heç bir iş təcrübəm olmadığı üçün məni kimsə işə almaq istəmir.
Gəncliyimin və ömrümün çoxu işsiz olaraq keçib, bu üzdən ciddi sağlıq problemlərim yaranıb. Covid-19-a yoluxarsam sağ çıxma ehtimalım çox azdı.
İllərdir evdə olduğum üçün və ağlamaqdan ciyərlərim məhv olmuş durumdadır.
Bir insanın xəyalları ilə oynamaq, arzularını əlindən almaq, onu yox etməyə, bitirməyə çalışmaq, intihar həddinə çatdırmaq bu qədər asan olmamalıdır və cəzasız qalmamalıdır.
Mən şəxsimə qarşı olan bu ikili standartın, qanunsuz hərəkətlərin  səbəbinin işıqlandırılmasını,  günahkarların cəzalandırılmalarını istəyirəm.
Əgər mən dövlətçilik üçün bu qədər təhlükəliyəmsə o zaman Vətəni tərk edərəm". 

  Yəqin ki aidiyyatı Qurumlar bu məsələ ilə bağlı bir tədbir görərlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Tarix: 23-04-2021, 22:06 Oxunub: 912


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı