Prezident İlham Əliyevin şəhid ailələrinə və Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğı göz önündədir. Onların yaşayış mənzilləri ilə , minik avtomobilləri, maddı yardım və işlə təminatı hazırda mərhələ şəklində həyata keçirilir. Sosial problemlərinin həlli hər an diqqət mərkəzindədir. Prezidentin şəhid ailələrinin və Qarabağ əlillərinin maddi rifah halının yaxşılaşdırılması haqqında göstərişi yerlərdə icra başçıları, o cümlədən məmurlar tərəfindən müzakirəsiz yerinə yetirilməlidir. Lakin yerlərdə fəaliyyət göstərən bir çox icra başçıları ölkə rəhbərinin sözlərinə və göstərişlərinə əməl etməməsi, şəhid ailələrinin ərizə və şikayətlərinə laqeyd münasibət bəslənməsi onu göstərir ki, həmin icra başçıları birmənalı şəkildə harınlamışlar. Bu barədə vətəndaşlar tərəfindən Prezident administrasiyasına ünvanlanan çoxsaylı şikayət məktubları da deyilənləri təsdiq edir.
Prezident İlham Əliyevin siyasi kursunu yerinə yetirmək bacarığından kənar dayanan, rayonda və bir sıra yerlərdə öz biznesini quran, dövlət mənafeyini kənarda qoyaraq yalnız öz şəxsi mənafeyini güdən icra başçılarından biri də Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. Respublikada Məmməd müəllim “Zəhər Məmməd” kimi də tanınır.
İkinci Qarabağ savaşında oktyabr ayının 10 – da şəhidlik zirvəsinə ucalan, Quliyev Ruslan Şəxsəddin oğlunun atası Quliyev Şəxsəddin Həsən oğlu və şəhidin həyat yoldaşı, 3 uşaq anası Quliyeva İlahə Etibar qızı Tovuz Rayon İcra Hakimiyyətinə gedib-gəlməkdən, necə deyərlər əldən düşüblər. Onu da qeyd edək ki, şəhid atası Şəxsəddin Quliyevin bir qardaşı da 1-ci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalıb. Bəs şəhid ailəsinin tələbi nədir?
Şəhid Quliyev Ruslanın həyat yoldaşı İlahə Quliyeva Tovuz rayonunun Dondar Quşçu kəndinə gedən magistral yolun sol tərəfində təzə məhəllədə yaşayır. Həmin məhəllədə cəmi 16 ailə məskunlaşıb. Yaşayış evlərinə ən azı 2 km-lik məsafədən nol-faza ilə işıq xətti çəklib. Həmin işıq xətti hec cürə orada yaşayan məhəllə sakinlərini qane etmir. Tez-tez xətdə yaranan qısaqapanmalar və digər pozğunluqlar nəticəsində sakinlərin televizorları, soyuducuları və bir sıra elektrik avadanlıqları yanaraq sıradan çıxır. . Bununla da xeyli maddi ziyana düşürlər. Dövlət təminatında olan şəhid ailəsi və çətin şəraitdə yaşayan dinc sakinlər bəs bu bəladan necə xilas olmalıdır?
Bu bəladan xilas olmağın isə bir çarəsi vardır. Həmin təzə məhəllədə
məskunlaşmış 15 ailə üçün yalnız transformatorun quraşdırılması kifayət edir. Məhz buna görə şəhid atası Şəxsəddin Quliyev, gəlini İlahə Quliyeva belə bir həlli vacib olan, eyni zamanda icra başçısı və ya işıq idarəsi üçün cüzi bir iş olan məsələ ilə əlaqədar icra hakimiyyətinə ayaq döyməkdən artıq beziblər. Səlahiyyət sahibləri şəhid ailəsinə hər dəfə də müxtəlif bəhanələr gətirir, boğazdan yuxarı söz verirlər.
Bəli, bu da Prezidentin Tovuzda olan nümayəndəsunin iç üzü.
Əgər Prezidentin tapşırıq və tövsiyyələrini bir icra başçısı yerinə yetirmirsə, bəs həmin icra başçısı kimə və nəyə lazımdır? Nə üçün cəzalandırılmır? Kimdir havadarı?
Tovuz sakinləri öz icra baçısından çox narazıdırlar. İcra başçısı Məmməd Məmmədov Tovuz rayonunda ən yararlı torpaq sahələrini dədəmalı kimi əkdirib becərtdirir. Çoxlarının əkin sahəsi susuzluqdan yansa da, Məmməd Məmmədovun sahəsi su ilə “çimizdirilir”. Əldə etdiyi məhsuldan gələn gəlir şəxsi cibinə axır. O, rayonda yalnız özü üçün çalışır. Son illər abadlıq və quruculuq işlərindən kənarda qalan rayonda başlı başını saxlasındır. Doğurdan da, milyonları yeyən bir icra başçısı üçün şəhid ailəsi yaşayan məhəlləyə transformator quraşdırılması eləmi çətindi? Prezidentə qarşı süni narazılıq yaradan Məmməd Məmmədov kimilərinin bu gün icra başçısı kreslosunda oturmağa mənəvi haqqı çatırmı?
Qarşı tərəfin fikirlərini də dinləməyə hazırıq.
İlham Hacalı
Bölməyə aid digər xəbərlər