21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Ağstafanın icra başçısı vətəndaşların sevimlisinə çevrilib...

Artıq 10 aydır ki, Cənab Prezident İlham Əliyevin gənc  kadr Seymur Orucovu Ağstafa rayonuna icra başçısı təyin etməsi Prezidentin gənclərimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.  Əhalisi 90 minə yaxın olan rayonda təhsilin, mədəniyyətin, səhiyyənin, sosial və iqtisadi sahənin  günbəgün inkişafı əminliklə deməyə əsas verir ki, burada hər bir iş öz axarında davam edir. İcra başçısının əzmkarlığı, yaşı az olmasına baxmayaraq mükəmməl dünyagörüşü, baş verəcək xırda bir narazılıqları aradan qaldırması, vətəndaşlara səmimiyyəti, sahibkarlığıln inkişafına yartdığı şərait, şəhid ailələrinə və qazilərə olan canyanğısı və sairə onu deməyə əsas verir ki, rayonda ab-hava gözlənildiyindən də yaxşıdır. Son günlər cənab Seymur Orucovun apardığı kadr islahati da yerindədir. Bunu rayon vətəndaşları, o cümlədən rayon ağsaqqalları tez-tez dilə gətirirlər.
 Rayon ərazisinə  giriş hissəsindən  başlamış qurtarana kimi səliqə-səhman, təmizlik, bütün əraziyə asvalt döşənməsi, hər gün aparılan abadlıq-quruculuq işləri diqqəti cəlb etməyə bilmir. Vətəndaşlar üçün icra başçısının qəbuluna düşmək, ərizə və şikayətlərini bildirməkdə heç bir çətinlik yoxdur. Cənab Prezident İlham Əliyevin də həmişə qeyd etdiyi o olub ki, “məmur ancaq xalqına xidmət etməlidir. Elə çalışmaq lazımdır ki, vətəndaş narazı qalmasın. Onların qaldırdığı məsələyə operativ yanaşmaq və həll etmək lazımdır”. 

 Bəli, Ağstafada Rayon İcra Hakimiyyəti də bu tendensiya ilə iş prinsipini  qurub.
 İcra başçısı Seymir Orucov rayonda  işlədiyi vaxtdan qəbula gələnlərin də sayı azalıb. Ona görə ki, icra başçısi  tez-tez rayonun kəndlərində olur, vətəndaşları dinləyr, arzu və təkliflərini yerindəcə həll edir. Rayon vətəndaşları süründürməçilikdən və bürokratik əngəlliklərdən də azad olublar.  Qarabağ əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı da göz önündədir. İcra başçısı  həmin ailələrə köməyi günün vacib məsələsi  hesab edir.
 İcra başçısının rayon gənclərinə göstərdiyi səmimi münasibət də başlıca şərtdir. Onlar arasında milli ruh, dövlət və dövlətçiliyin müdafiəsi, vətənə olan sevgi zəmnində  aparılan ideoloji iş yetərincədir. Bu sahədə hazırda Ağstafa Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyevin də xidmətlərini danmaq olmaz.
 Ağstafa Rayon Gənclər və İdman İdarəsi yerləşdiyi binanın  qarşısındakı vaxtı ilə Böyük Vətən Müharibəsində  həlak olanların xatirəsinə salınmış parkda düz bir ay öncə 500 ədəd şam ağacının əkilməsi, oradakı artezian quyusunun işə salınması və  parka verilən yeni görkəmdən danışmamaq olmaz. Əminliklə deyə bilərik ki, həmin park tezliklə rayon vətəndaşlarının istirahət mərkəzinə çevriləcək.

 Ağstafanın ən böyük kəndlərindən olan Dağkəsəmən kəndində aparılan işlər də ürəkaçandı. Yolun genişlənməsi, girişində böyük bir abidənin inşası, yaşıllaşdırma və uzun illərdi sakinləri narahat edən “Şir bulağı” kompleksinin yenilənməsi kənd əhlisinin sevincinə çevrilib.
 Ağstafada dünyanın bəlasına çevrilən “COVİD-19” epidemiyasına qarşı aparılan mübarizə rayonda öz müsbət həllini verməkdədir. İcra başçısının bu qlobal məsələ ilə bağlı hüquq-mühafizə və ictimai təşkilatlarla apardığı maarifləndirmə işləri  bir növ örnəyə çevrilib. Onun nəticəsidir ki, rayonda epidemiya ilə bağlı zərəçəkənlər demək olar ki, yox dərəcəsindədir.
 İcra başçısı, Prezident İlham Əliyevin daim vurğuyladığı kimi, qeyri-neft sektorunun inkişafında başlıca amil olan sahibkarlığın sürətlə inkişafına, onlara qarşı qayğı, həlli çətin olan məsələlərdə yardımçı olması diqqəti xüsusilə cəb edir. İcra başçısının qarşısında duran əsas məqsədlərdən  biri də Ağstafanın iqtisadi göstəricisini yüksəldərək önə çıxarmaq, əhalinin yaşayış tərzini daha da yaxşılaşdırmaqdır. 
 Gənc icra başçısı  Seymur Orucovun rayona qayğısı, onu göstərir ki, bu gün icra başçısı cənab Seymur Orucov ağstafalıların sevimlisinə çevrilib.
                                                                                                         Namiq Həsənoğlu, ATİA.AZ


Tarix: 14-03-2021, 13:49 Oxunub: 1 135


Bölməyə aid digər xəbərlər