11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Milli Məclisdən deputatların yeni əməkhaqqları barədə AÇIQLAMA

Bir sıra sosial şəbəkələrdə "Milli Məclisin deputatlarının yeni əməkhaqqı cədvəli" başlığı altında yayımlanan iddialar həqiqəti əks etdirmir. Bir müddət əvvəl Milli Məclisin deputatlarının aylıq vəzifə maaşları haqqında parlament Aparatının müvafiq şöbəsi tərəfindən ictimaiyyətə rəsmi məlumat verilməsinə baxmayaraq, bəzi qərəzli dairələr tərəfindən bu cür yalan iddiaların irəli sürülməsində məqsəd ictimai rəyi çaşdırmaq, Milli Məclisin nüfuzuna xələl gətirməkdir.
Bu barədə  Milli Məclisin Mətbuat xidmətindən bildirilib.
"Bir daha qeyd edirik, "Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır. Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar", - deyə məlumatda bildirilir.

Tarix: 4-02-2021, 06:42 Oxunub: 305


Bölməyə aid digər xəbərlər