Qazax rayon Daş Salahlı kənd sakini Eyvazov Tural Göycə oğlu redaksiyamıza müraciət ünvanlayıb.
Müraciəti olduğu kimi dərc edirik:
" Hörmətli ATİA.AZ saytı,
Babam Haqverdi Ağa Qazax rayonu Daş Salahlı kəndinin səxavətli insanlarından biri olub. Xeyriyyə məqsədi ilə rayonun Daş Salahlı kəndində "Qara Su" çayının üzərində tikdirdiyi körpü bu gün də istifadə olunur.
Qədim keçmimizə yol salan bu memarlıq abidəsi 1876-cı ildə tikilib insanların istifadəsinə verilib.
Cox təssüflər olsun ki, baxımsızlıqdan bu gün yararsız hala düşüb. Körpünün təmirə ehtiyacı var.
Nə gedən var, nə gələn, nə də ki, maraqlanıb baxan....
Bu barədə dəfələrlə aidiyyatı qurumlara müraciət ünvanlamışam. Təssüflər olsun ki, etdiyim müraciətlərə baxan yoxdur.
Sizdən cox xahiş edirəm ki, mənim bu müraciətimi Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Cənablarına catdırasınız.
Babamın yadigarı olan, ən əsası qədim tarıxi abidəmiz olan bu körpü baxımsızlıqdan yaddaşlardan silinməsin.
Hörmətlə: Eyvazov Tural Göycə oğlu."
Saytımıza daxil olan bu müraciətlə bağlı Qazax rayon "Avey Dövlət Tarixi- Mədəniyyət Qoruğu"nun rəhbəri Səadət xanım Əliyeva ilə əlaqə saxladıq. Səadət xanım bizə bildirdi ki, "Ümumiyyətlə qoruğun təmir-bərpa işləri üçün bizim idarəyə pul ayrılmır. Qoruğun təmir-bərpa işlərinə biz baxmırıq. Bu işlərə baxan birbaşa nazirlikdir. Bu məsələ ilə bağlı bir il bundan öncə nazirliyə müraciət göndərmişik, amma nazirlikdən bizə hec bir cavab gəlməyib".
Nəzərinizə onu da çatdırım ki, Eyvazov Tural Göycə oğlu Şəhid ailəsidir.
ATİA.AZ saytı olaraq biz də inanırıq ki, Eyvazov Tural Göycə oglunun redaksiyamıza ünvanladığı müraciət aidiyyatı qurumlar tərəfindən araşdırılacaq və öz müsbət həllini tapacaqdır.
Bölməyə aid digər xəbərlər