11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
QAZAX rayon MƏRKƏZİ XƏSTƏXANASI ADİ KÜLƏYƏ DAVAM GƏTİRMİR....

02.06.2021 tarixdə əsən külək nəticəsində... Qazax Rayon Mərkəzi Xəstəxanasının təcili yardım binasının çölü deyil, içərisi bərbad günə düşüb. 
Maraqlı olan odur ki, niyə xəstəxananın çölü deyil, məhz içərisi dağılmış vəziyyətdədir???

Nəzərinizə çatdırım ki, həmin bu Mərkəzi Xəstəxana yenicə tikilib  insanların sağlamlığı üçün istifadəyə verilib. 
Ortaya belə bir sual çıxır... 
Yeni tikilib istifadəyə verilmiş bu binanın cölü deyil, icərisi niyə yararsız hala düşsün ki? 
Görünüb ki,  təbii fəlakət nəticəsində güclü külək olarsa, əsən güclü külək ən azından binanın çöl üst hissəsini yararsız hala salar. 
İçərisinin yararsız hala düşməsi sanki bir möcüzədir!!!


Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin insanların sağlam yaşaması üçün, bütün rayonlarda yeni xəstəxanalar tikdirib  istifadəyə verməsi danılmazdır. 

Bəs Möhtərəm Prezidentimizin gördüyü bu gözəl işlərə kölgə salan kimlərdi???

Büdcədən ayrılan milyonlarla pullar niyə belə kül olsun ki? 


ATİA.AZ saytı olaraq biz də inanırıq ki, aidiyyatı qurumlar bu məsələni araşdırıb, Möhtərəm Prezidentimizin gördüyü bu gözəl işlərə kölgə salıb, ləkə gətirən bəzi işbazlar haqqında öz ciddi tədbirlərini görəcəklər. 
Elnur Quliyev, ATİA.AZ


Tarix: 3-07-2021, 22:35 Oxunub: 648


Bölməyə aid digər xəbərlər