Xəzər dənizi üzərindən körpü tikilir? - AÇIQLAMA

“Bakı şəhərinin mərkəzində avtomobil sıxlığının azaldılması məqsədilə Əhmədli qəsəbəsi ərazisindən “Bakı Kristal Zalı” istiqamətində dəniz üzərindən körpünün  tikintisi  ilə bağlı məsələ gündəmdə deyil”.
Bu barədə Report-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, hazırda bu cür körpünün tikintisi ilə bağlı məsələ müzakirə edilmir.
Xatırladaq ki, bu gün Xəzər dənizinin üzərindən körpünün tikintisinin planlaşdırılması ilə bağlı məlumatlar yayılmışdı. Bu cür körpünün tikilməsi ilə bağlı məsələ 10 il  bundan əvvəl müzakirə edilirdi. Sözügedən layihədə Cənubi Koreyanın da iştirakı gözlənilirdi.


Tarix: 20-07-2020, 22:18 Oxunub: 887


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930