Qazax rayon Çaylı kənd sakini, 1962-ci il təvəllüdlü Rüstəmova Gülbadə Söhrab qızı redaksiyamıza şikayət ünvanlayıb.
Şikayətçi video-müraciətində bildirir: "Yaşadığım ev çox bərbad vəziyyətdədir. Yağan yağış evimin icərisinə yağır. Qışda rütubət olur. Nəmişlikdən evdə yatmaq olmur.
Evimin dam örtüyünü dəyişməyə imkanım yoxdur. Yalnız yaşayıram. Həyat yoldaşım, oglum dünyasını dəyişib. Maddi baxımdan heç bir yerdən köməyim yoxdur.
Özüm işləyirəm, ay ərzində 235 AZN maaş alıram. Aldığım maaş dəva-dərmanımı, dolanışığımı görmür.
Bu barədə aidiyyatı qurumlardan kömək istədim. Caylı kənd bələdiyyəsinə müraciət etdim.
Müraciət etdikdən cəmi iki-üç gün sonra Caylı kənd bələdiyyəsi ilə Rayon icra nümayəndəliyi birgə evimizə gəldilər və evə baxış keçirdilər.
Yazdılar... pozdular... qonşuların şahidliyi ilə bir sənədə mənə qol cəkdirdilər. Dedilər narahat olma, tez bir zamanda sənə yardım edəcəyik.
O, gedən getdilər. Nə gələn oldu, nə də ki, düzəldən.
Həmin vaxtdan düz iki il keçib. Mən agbircək qadını niyə aldatdılar? Niyə yalan danışıb məni arxayın saldılar?
Bu il martın 19-da kənd icra nümayəndəsi, bələdiyyə sədri ilə birgə Arzu adlı bir xanım gəldi.
Bir karobka mənə yardım gətirdilər. Evin şəraitini görüb evin şəklini çəkdilər. Arzu xanım deyilən şəxs mənə söz verdi ki, yaxın vaxtlarda sənə kömək edəcəyik.
O, kömək... - bu kömək.... nə gələn var, nə də gedən.
Mən xahiş edirəm Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevdən, aidiyyatı qurumlara tapşırıq versin, mənə kömək etsinlər. Məni dəfələrlə aldadıblar, hər dəfəsində yalan danışıb məni yola veriblər.
İnanıram ki, Möhtərəm Prezidentimiz mənim səsimə səs verib mənə kömək əlini uzadacaqdır."
Biz də ATİA.az saytı olaraq inanırıq ki, aidiyyatı qurumlar Gülbadə xanımın səsinə səs verib öz dəstəklərini əsirgəməyəcək.
Elnur Quliyev, ATİA.AZ
Bölməyə aid digər xəbərlər