Razi Nurullayevdən Mehmana cavab: Zarafatcıl uşaqdır - FOTOLAR

Milli Məclisin deputatı Razi Nurullayev şəxsi "facebook" səhifəsində bir ağsaqqalla şəkil paylaşaraq onun haqda təəssüratlarını paylaşıb.
Deputat yaşlı kişi haqda yazıb: "Bu kişi "parkovşik"dir. Maşından düşdüm, dedi ki, müəllim ailəvi sizi dinləyirik, hər zaman dövləti qoruyursunuz, xalqa dəstək olursunuz, Prezidentin xalq üçün dediyi məsələləri, vətəndaşlara yönəlik addımlarını müdafiə edirsiniz".

Bu gün isə bloqer Mehman Hüseynov status paylaşaraq bu gün həmin ağsaqqalı gördüyünü və ağsaqqalın belə bir şey demədiyini yazıb:
"Ay başına dönüm, toba mən bu adamı tanımıram, bu adamdan şəkil filan istəməmişəm. Dünən elə bunun maşınını park etməyə kömək etmişəm. Maşından düşüb mənə dedi ki ağsaqqal nə gözəl çubuğun var,  lap yol polisin çubuğuna oxşayır. Gəl bir sənlə şəkil çəkdirək. Ağsaqqal da deyir day yox demədim, şəkil çəkdirdik, bu kostyumlu kişi cibindən 40 qəpik çıxardıb verdi mənə və getdi. Başqa söhbət olmayıb”. 
Məsələ ilə bağlı  açıqlama verən deputat Razi Nurullayev məsələyə aydınlıq gətirib. 
O deyib ki, Mehman zarafatcıl insandır: "Mehman zarafatcıl oğlandır, qoy nə istəyir yazsın, yəqin zarafat etmək istəyib. Nə yazır, yazsın". 


Tarix: 21-04-2021, 22:10 Oxunub: 529


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930